logo

Azərbaycan nefti bir qədər ucuzlaşıb

Views: 164

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $0,07 – $29,47-dək ucuzlaşıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə neft bazarındakı mənbə məlumat verib.

“”Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti $0,07 və ya 0,03% ucuzlaşaraq $29,47 təşkil edib”, – deyə mənbə bildirib.

Digər neft növlərinin qiyməti dəyişdikdə, Azərbaycanın yüngül neftinin də qiyməti dəyişir. “Azeri Light” nefti yüngül və aşağı kükürdlü növə aid olduğu üçün onun bir bareli “Brent” markalı neftdən $2,25 baha idi. Lakin son zamanlar “Azeri Light” nefti “Brent” markalı neftdən ucuz qiymətə satılır.

SOCAR-dan “Azeri Light” markalı neftin “Brent”lə müqayisədə aşağı dəyərini Aralıq dənizi bazarında qara qızıla tələbin azalması ilə izah ediblər.

2020-ci il aprelin 21-də Azərbaycan neftinin bir barelinin qiyməti 19 il bundan əvvəlki antirekordu yeniləyərək $15,81-dək ucuzlaşıb.

“Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 2001-ci ilin dekabr ayında minimuma enərək $19,15, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək $149,66 olub.

2020-ci ilin I rübündə “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti $53,07 təşkil edib.

“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 10% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölüşdürülür.

Azərbaycanda hasil edilən neftin 2/3 hissəsi AÇG-nin payına düşür.

İnterfax

0

Your Cart