logo

TANAP-la Türkiyəyə 5 mlrd kubmetrədək təbii qaz nəql olunub

Views: 142

Birinci rübdə TANAP ilə Türkiyəyə 941 milyon kubmetr təbii qaz göndərilib. İstismara veriləndən indiyə kimi isə TANAP-la Türkiyəyə 5 milyard kubmetrədək qaz nəql edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə Azərbaycanın xaricə qaz satışı 3,57 milyard kubmetr təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Birinci rübdə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə 23 faiz çox, yəni 2,6 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi isə 923 milyon kubmetr olub.

Qeyd edək ki, 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri ötən il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP boru kəmərinin ikinci fazası isə keçən il noyabrın 30-da istifadəyə verilib.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

azertag.az

0

Your Cart