logo

SOCAR birinci rübdə hasil etdiyi neft-qaz həcmlərini açıqlayıb

Views: 82

SOCAR birinci rübdə hasil etdiyi neft-qaz həcmlərini açıqlayıb.

AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, şirkət bu ilin birinci rübündə öz imkanları ilə istismar etdiyi yataqlardan 1,9 milyon ton neft, 1,8 milyard kubmetr təbii qaz hasil edib.

Üç ayda ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq 10 milyard kubmetr, neft istehsalı isə 9,3 milyon ton olub.

SOCAR-ın özünün istismar etdiyi yataqlarda hasilatın artmasına baxmayaraq, ümumilikdə ölkə üzrə neft hasilatının idarə olunan templə təbii azalması davam edib.

azertag.az

0

Your Cart