logo

BP şirkəti II rübün nəticələrini açıqladı

Views: 252

BP şirkəti mənfəətinin 1/4 hissəsini hazırda Rusiya bazarında, 1/3 hissəsindən çoxunu isə ABŞ bazarında formalaşdırır.

Картинки по запросу Вritish Рetroleum 2019

BP Plc. (BP) şirkətinin açıqladığı hesabata görə, şirkətin xalis mənfəəti 2019-cu ilin birinci yarısında 4.756 milyard dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqatisədə 9,7% azdır.

BP-nin ortaq müəssisələrdən gələn gəliri də nəzərə alınmaqla ümumi gəliri hesabat dövründə 3,4% azalaraq 141,154 milyard dollar təşkil edib. Son altı ayda BP-nin karbohidrogen hasilatının həcmi gündəlik olaraq 3.786 milyon barel neft ekvivalenti təşkil edib ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 3,4% çoxdur.

Neft bazarında 2014-cü il böhranından sonra xərclərini kəskin azaltmağa nail olan BP şirkəti sonrakı illərdə ardıcıl olaraq maliyyə vəziyyətini yaxşılaşdırmaqda davam edir.

Картинки по запросу Вritish Рetroleum 2019

“Beş illik planının ortasında, BP düzgün yoldadır. Bütün iş sahələrimizdəki sabit iş və artım yüksək gəlir, pul axını və səhmdarlar üçün mənfəət təmin edir” deyə hesabatda BP-nin baş icraçı direktoru Bob Dadlidən sitat gətirilir.

2019-cu ilin ikinci rübündə BP-nin mənfəəti 1,822 milyard dollar təşkil edib. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə aşağı göstəricidir.

Rüb ərzində ümumi gəlir 73,147 milyard dollar olub ki, bu da 2018-ci ilin ikinci rübü ilə müqayisədə 4,1% azalmanı göstərir.

2019-cu ilin ikinci rübündə hasilat gündə 3,8 milyon barel neft ekvivalenti təşkil etmişdir ki, bu da bir il əvvələ nisbətən 4% çoxdur.

Qeyd edək ki, 2019-cu ilin birinci rübündə BP şirkətinin xalis mənfəəti 2,934 milyard dollar (artım 18,8%) təşkil etmişdi. Hesabat dövründə BP-nin ümumi gəliri 67,407 milyard dollar olmuşdu.

30 iyun 2019-cu il tarixinə BP-nin xalis borcu 46,5 milyard dollar olmuşdur ki, bu da bir il əvvələ nisbətən 20% çoxdur.

BP şirkətinin nümayəndəsi üçüncü rübdə istehsal müəssisələrində texniki işlər səbəbindən məhsuldarlığın bir qədər azalacağını söyləyib.

* BP, Böyük Britaniya şirkətidir, dünyanın ən böyük altı neft-qaz korporasiyasından biridir. 14 aprel 1909-cu ildə Iranda fəaliyyətə başlamaqla qurulub: ilk adı Anglo-Persian Oil Company olub. 1914-cü ildə Birinci Dünya müharibəsi zamanı şirkət nəzarət paketini £2 mln-a Britaniya hökumətinə satır, əvəzində istehsal etdiyi neft məhsulları üçün stabil bazar əldə edir – Kral donanması. 1987-ci ildə Marqaret Tetçer hökuməti neft şirkətində olan payının sonuncu hissəsini satır. 1935-ci ildən Persiya dövlətinin adının dəyişməsi ilə əlaqədar şirkətin adı dəyişilərək Anglo-İranian Oil Company (AİOC) adlandırılıb. 1954-cü ildə İranla şirkət arasında yaşanan bir neçə illik böhran (1951-ci ildə ölkənin neft sənayesinin bitrətərəfli qaydada milliləşdirilməsi) həllini tapandan sonra şirkətin adı yenidən dəyişir: British Petroleum Company. 1 may 2001-ci ildən bu günə qədər isə şirkət BP adlanır.

Caspian Barrel

0

Your Cart