logo

Prezident Özbəkistanın neft-qaz layihələrindəki korrupsiyanı dilə gətirdi

Views: 221

İyunun 20-də Özbəkistanın Baş prokuroru korrupsiya məsələsinə görə tutduğu vəzifəsindən azad edilib.

Virtualaz.org xəbər verir ki, prezident Şövkət Mirziyoyev baş prokuror Otabek Murodovu vəzifəsindən azad edib. 44 yaşlı Murodovun vəzifəsindən azad edilməsinin səbəbi həmin gün açıqlanmayıb, prezidentin digər sərəncamı ilə onun yerinə 57 yaşlı Niqmatulla Yuldaşev təyin edilib. Yuldaşev 2015-ci ildən bəri xalq məclisi Senatının rəhbəri idi.

Baş prokurorun işdən çıxarılmasının səbəbini bu gün prezident Senatın plenar iclasında açıqlayıb. Mirziyoyev bildirib ki, Otobek Murodovun barəsində cinayət işi qaldırılıb. O, rüşvət almaqda günahlandırılır.

Prezidentin sözlərinə görə, keçmiş baş prokuror 50 və 100 min dollarında rüşvət alıb. Mirziyoyev yeni baş prokurordan tələb edib ki, prokurorluq orqanlarında qayda-qanun yaratsın. Əks halda prokurorluq orqanlarının əməkdaşlarının 60 faizini işdən azad edəcək.

Adının açıqlanmasını istəməyən məmur “Azadlıq” radiosunun özbək bürosuna deyib ki, Murodov səhər saat 6-dan gecə saat 2-yə qədər işləyirdi, Mirziyoyevə çox sadiq adam idi. “Əgər prezident onu da içəri salsa o zaman Murodov son üç ildə həbs edilən üçüncü baş prokuror olacaq. Bu isə pis siqnaldır”-mənbə deyib.

“Məni artıq hansısa nazirin nə qədərsə pul götürməsi haqda sözlər əsəbiləşdirir. Bu xəstəlikdən xilas olmalıyıq”, deyə prezident Senat iclasındakı çıxında bəyan edib.

“Uşaqlarımız, nəvələrimiz haqqında düşünmək lazımdır. Niyə 40 hektar torpaq tutmaq lazımdır, əgər sənə gen-bol 3 hektar bəsindir. Niyə 20-otaqlı bir mənzilə sahib olmalısan, axı onun 2-3 otağından istifadə edəcəksənsə. Mən vəzifəyə təyin edirəm, deyirəm ki, sənə güvənirəm, sabah gedib rüşvət alırlar “, – dövlət başçısı şikayət edib.

Prezident həmçinin neft-qaz sektorunun korrupsiyaya uğraması barədə də bəyanat səsləndirib: “20 il ərzində neft-qaz sektorundakı bütün layihələrin 50% -i rüşvətlə həyata keçirilirdi. Bir “Surgil” neft və qaz layihəsi (“Surgil” yatağı bazasında Ustyurt qaz-kimya kompleksi) üçün bir məmur 80 milyon dollar alıb! 80 milyon! Bundan sonra kim xalqı düşünəcək?”

Prezident həmçinin Özbəkistanın Rusiyanın “LUKoil” şirkətinə yaranan 600 milyon dollar dövlət borcundan da narazı olduğunu dilə gətirib. Gazeta.uz xəbər verir ki, Mirziyoyev bildirib ki, Özbəkistan bu şirkətdən daxili bazar üçün qaın 1000 kub metrini 146 dollardan alır, ancaq əhaliyə qazı 40 dollardan satır. Buna görə də bu həcmdə borc ortaya çıxıb.

“Ancaq Sizdən soruşuram, “LUKoil”la müqavilə imzalayanda bəs milli maraqların qorunması məsələsi niyə yaddan çıxmışdı”, – deyə prezident narazılığını bildirib.

virtualaz.orq

0

Your Cart