logo

Qaradağda yeni elektrik stansiyası 2020-ci ildə işə salınacaq

Views: 105

Qaradağ rayonunda inşa ediləcək yeni istilik elektrik stansiyasının (“Səngəçal-2”) 2020-ci ildə istismara verilməsi planlaşdırılır. Bu barədə maritime-executive.com nəşri məlumat yayıb.

“Qaradağ rayonunda dövlət elektrik şəbəkəsinə inteqrasiya olunacaq təxminən 400 MVt gücündə yeni elektrik stansiyasının 2020-ci ildə işə salınması planlaşdırılır. Stansiya üçün mühərriklər İngiltərənin “Trans Global Projects Group” (TGP) şirkəti tərəfindən artıq Azərbaycana gətirilib”, – deyə qəzet qeyd edir.

Ümumilikdə ölkəyə hər biri 17,7 MVt gücündə və 295 ton ağırlığında olan 22 mühərrik gətirilib.

Şərti adı “Səngəçal-2” elektrik stansiyasının inşası layihəsinin məqsədi Azərbaycanın elektrik enerjisinə artan tələbatını tam həcmdə ödəməkdir. Şirkət tikinti işləri zamanı ən müasir texnoloji avadanlıq – Finlandiyanın “Wartsila” şirkətinin istehsalı olan W20V50SG tipli 20-dən çox mühərrik istifadə etməyi nəzərdə tutur.

İnterfax.az

0

Your Cart