İran

İran qazının qiyməti Ermənistanı qane etmir

İranın Ermənistana təkif etdiyi təbii qaz Rusiya tərəfinin qazından kifayət dərəcədə bahadır.

Bunu Ermənistanın enerji infrastrukturları və təbii sərvətlər naziri Artur Qriqoryan deyib.“Son məlumatlara əsasən, Ermənistanla sərhəddə İran qazı Rusiya qazından bahadır. Sərhəddə 1 min kubmetr İran qazının qiyməti $165 təşkil edir. Rusiya qazını isə $150-dən alırıq. Bundan başqa, “Qazprom” şirkəti tərəfindən $27-28 mln. dəyərində investisiya layihələri həyata keçirilir”, – A.Qriqoryan bu gün jurnalistlərə bildirib.

Onun sözlərinə görə, İranla danışıqlar davam edəcək.

“Biz həmçinin digər ucuz qaz mənbələrinin axtarışlarını davam etdirəcəyik”, – A.Qriqoryan qeyd edib.

Interfax.az