logo

“Gazprom” $20 mlrd.-lıq qaz emalı zavodunun tikintisinə hazırlaşır

Views: 363

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti ikinci ən böyük sərmayə qoyuluşuna hazırlaşır.

“Gazprom” “Sibirin Gücü” (“Power of Siberia”) qaz boru kəməri layihəsindən sonra ikinci ən böyük investisiya layihəsi – təbii qaz emalı zavodunun tikintisinə hazırlaşır.

“Gazprom” ixracın diversifikasiyasını artırmaq üçün Rusiyanın “RusGasDobycha” şirkəti ilə birgə Baltik dənizi sahillərində 20 milyard dollarlıq təbii qaz emalı zavodunun inşasına dair işlərə başlayıb.

Şirkətin quracağı zavod Sankt-Peterburq şəhəri yaxınlığında, Baltik dənizinin sahilində yerləşəcək və illik 45 milyard kubmetr təbii qaz emal etmə gücünə malik olacaq.

Layihə başa çatdıqdan sonra bu, 55 milyard dollarlıq “Sibirin Gücü” qaz boru kəmərindən sonra “Gazprom”un ikinci ən böyük sərmayəsi olacaq.

TASS

Comments: 0

0

Your Cart