“Ola bilsin ki, bəzi xərclərin artırılmasına ehtiyac var. Bununla belə, dövlətin xərcləri gəlirləri ilə uzlaşmalıdır”
Onun sözlərinə görə, gəlir mənbəyi olmadan xərclərin artırılması yolverilməzdir: “Gəlir olmayan yerdə xərclərin artırılması qısa müddət çəkəcək və bu, böyük problemlər yarada bilər. Biz optimal səviyyədə xərcləri tənzimləməli və çalışmalıyıq ki, gəlirlərimiz qeyri-neft sektoru hesabına artsın. Azərbaycan hökuməti neftin satışından əldə olunan gəlirlərin istifadəsinə xeyli həssas yanaşır və böyük hissəni ehtiyatlara saxlayır. Çünki ehtiyatlara həssas dönəmlərdə ehtiyac olur”.