Bazar ertəsi, İyul 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Şərifovun proqnozu: Azərbaycanda neft hasilatı 2020-ci ildə 2,7 mln ton azalacaq

11/08/2020
Şərifovun proqnozu: Azərbaycanda neft hasilatı 2020-ci ildə 2,7 mln ton azalacaq
7
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycanın OPEC+ sazişində iştirakı ölkədə neft hasilatının 2,7 milyon ton azalmasına gətirib çıxaracaq. Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bəyan edib.

“Koronavirus pandemiyası və neft bazarında gedən digər proseslər səbəbindən tələbin azalması nəticəsində neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini müşahidə etdik, aprel-may aylarında neftin bir bareli $12-20 təşkil edib. Lakin yeni OPEC+ sazişi son iki ayda neftin qiymətinin bir qədər sabitləşməsinə imkan verib”, – deyə Şərifov dünən AzTV dövlət telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, nəticədə 7 ayın yekunları üzrə bir barel neftin orta qiyməti $40 təşkil edib, baxmayaraq ki, Azərbaycanın dövlət büdcəsinin gəlirləri neftin bir barelinin qiyməti $55 olmaqla hesablanıb.

“Təbii ki, bu, neft gəlirlərimizin azalmasına gətirib çıxardı. Bundan başqa, Azərbaycan OPEC+ sazişi çərçivəsində neft hasilatının azaldılması ilə bağlı öhdəlik götürüb. Bu öhdəliklərin yerinə yetirilməsi hasilatın 2,7 milyon ton, o cümlədən SOCAR üzrə 420 min ton azalmasına səbəb olacaq, lakin əsas yük ABƏŞ konsorsiumunun üzərinə düşəcək”, – deyə nazir qeyd edib.

Şərifov vurğulayıb ki, Azərbaycan hökuməti mövcud vəziyyətlə əlaqədar dövlət büdcəsində neftin baza qiymətinə yenidən baxılması və neftin bir barelinin qiymətinin $35-dək azaldılması ilə bağlı qərar qəbul edib. “Nəticədə 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinə neft sektorundan daxilolmalar planlaşdırıldığından 390 milyon manat az olacaq”, – deyə o əlavə edib.

OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Birinci mərhələdə (2020-ci ilin may-iyun ayları) hasilat 9,7 milyon barel azaldılacaq.

Lakin OPEC və OPEC+ ölkələri nazirlərinin iyunun 6-da keçirilən görüşündə OPEC+ ölkələri birinci mərhələdə gündəlik hasilatın daha bir ay – iyulun sonunadək azaldılması ilə bağlı razılığa gəliblər.

May-iyun aylarında “OPEC plus” üzrə öhdəliklər gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 9,7 milyon barel, Azərbaycan üçün isə 164 min barel azaldılmasını nəzərdə tutur. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycanın öhdəlikləri avqust-dekabr aylarında bu göstəricidən 18% olmaqla 131 min barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə 14% olmaqla 98 min barel müəyyənləşib.

AÇG-də hasilat 567 min bareldən azaldılaraq 434 min bareldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 120 min barel həcmində saxlanılmalıdır.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 37 mln 425,8 min ton əmtəəlik neft hasil edilmişdi.

interfax.az

Tags: neft hasilat;Samir Şərifov

Eyni kateqoriyadan Digər materiallar

Hökumətin qarşıdakı 4 ildə neft gəlirlərindən gözləntiləri
Azərbaycan

Azərbaycan iqtisadiyyatında neft-qaz sektorunun payı açıqlanıb

27/05/2024
Samir Şərifov Azərbaycanda qaz qiymətlərinin çox aşağı olduğundan danışıb
Azərbaycan

Samir Şərifov Azərbaycanda qaz qiymətlərinin çox aşağı olduğundan danışıb

25/05/2022
“Azəri-Çıraq-Günəşli”dən hasilat göstəricisi açıqlanıb
Azərbaycan

Azərbaycanın neft hasilatı 11 ayda 2,6 mln ton azalıb

21/12/2020
Azərbaycan

2018-ci ilin dövlət büdcəsində neftin 1 bareli $45-dan hesablandı

29/12/2017
Gələn il büdcədən SOCAR-a vəsait ayrılacaq
Azərbaycan

Gələn il büdcədən SOCAR-a vəsait ayrılacaq

28/12/2017
Azərbaycan

Nazir: “Hökumət neftdən gələn gəlirlərin istifadəsinə həssas yanaşır”

11/12/2017
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.