Cümə axşamı, İyun 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanda energetika sahəsində 10 fəaliyyət növü olacaq

18/09/2023
В Азербайджане разработан первичный вариант закона об альтертантивной энергетике
8
BAXIŞ
Share on FacebookShare on Twitter

“Report” xəbər verir ki, bu, Milli Məclisə daxil olmuş “Energetika haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin fəaliyyət növləri aşağıdakılardır:

– enerji resurslarının kəşfiyyatı;

– enerji resurslarının işlənməsi və hasilatı;

– enerji resurslarının emalı;

– enerjinin istehsalı;

– enerjinin saxlanılması;

– enerjinin nəqli (ötürülməsi);

– enerjinin paylanması;

– enerjinin idxalı və ixracı;

– enerjinin topdan və (və ya) pərakəndə satışı;

– təbii qaz və elektrik enerjisi bazarlarının fəaliyyətinin təşkili.

Milli Məclisə daxil olmuş “Energetika haqqında” yeni qanun layihəsində Azərbaycanda energetika sahəsində dövlət siyasətinin 6 əsas prinsipi müəyyənləşdirilib:

– energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması;

– energetika sahəsində ayrı-seçkiliyin yolverilməzliyi;

– energetika sahəsində fəaliyyətin və tənzimlənmənin şəffaflığı;

– bu Qanunla müəyyən edilmiş hallarda energetika sahəsində fəaliyyət növlərinin ayrılması;

– enerji istehlakçılarının hüquqlarının müdafiəsi;

– energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi.

“Energetika haqqında” yeni qanun dövlət orqanlarına (qurumlarına) və tənzimləyiciyə, habelə enerji istehlakçılarına şamil olunacaq.

Sənədə əsasən, qanun energetika subyektlərinə, Azərbaycanın ayrı-ayrı qanunları ilə təsdiq edilmiş hasilatın pay bölgüsü haqqında sazişlərə və neftin və qazın ixrac boru kəmərləri vasitəsilə nəql edilməsinə dair sazişlərə və həmin sazişlər çərçivəsində bağlanılmış və Azərbaycan qanunları ilə təsdiq edilmiş digər sazişlər üzrə münasibətlərə yalnız həmin sazişlərdə nəzərdə tutulan və həmin sazişlərə zidd olmayan hallarda şamil edilir.

Qanun enerjinin avtomobil, dəmir yolu, hava və su nəqliyyatı vasitələri ilə daşınmasına, həmçinin nüvə materiallarının idxalına, ixracına, istehsalına, saxlanılmasına və emalına şamil olunmur.

Yeni qanun layihəsi həmçinin Azərbaycanda energetika sahəsində qiymətlərin (tariflərin) “Təbii inhisarlar haqqında” qanuna uyğun müəyyən etməyi nəzərəd tutur.

Sənədə əsasən, tənzimlənən qiymətlər (tariflər) müəyyən edilərkən müvafiq mal, iş və xidmətin maya dəyərinin ödənilməsi, həmin mal, iş və xidməti təchiz edən energetika subyektlərinin gəlir əldə etməsi, energetika obyektlərinin saxlanılması, yenilənməsi, bərpası xərclərinin ödənilməsi və enerji istehlakçılarının maraqlarının qorunması zərurəti nəzərə alınacaq.

Eyni zamanda energetika sahəsində tənzimlənən qiymətlər (tariflər) istisna olmaqla, digər qiymətləri energetika subyektləri sərbəst müəyyən edəcək.

Tags: Energetika haqqında qanunMilli Məclisэлектроэнергетика

Eyni kateqoriyadan Digər materiallar

Parlamentin “D230” bloku üzrə sazişi yay tətilindən əvvəl ratifikasiya etməsi gözlənilir
Azərbaycan

Parlamentin “D230” bloku üzrə sazişi yay tətilindən əvvəl ratifikasiya etməsi gözlənilir

01/05/2018
Azərbaycan

Nazir: “Hökumət neftdən gələn gəlirlərin istifadəsinə həssas yanaşır”

11/12/2017
За I квартал в Азербайджане произведено более 6,1 млрд кВт/час электроэнергии
Kateqoriyasız

За I квартал в Азербайджане произведено более 6,1 млрд кВт/час электроэнергии

04/04/2017
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.