Azərbaycan, Materiallar

“Şahdəniz” qazının ixracı 7 ayda 6,4% artıb

2017-ci ilin yanvar-iyul aylarında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 4 mlrd. 426,4 mln. kubmetr Azərbaycan qazı ixrac edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 6,4% çoxdur.

“Qeyd olunan dövrdə Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 36,8%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, – deyə Komitədən qeyd ediblər.

Ümumilikdə bu ilin yanvar-iyul aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 12 mlrd. 36,9 mln. kubmetr qaz nəql edilib ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisindən 9,6% çoxdur.

* 2016-cı ildə “Şahdəniz” yatağıın işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 7 mlrd. 145,1 mln. kubmetr Azərbaycan qazı ixrac edilib.