logo

SOCAR I rübdə Supsa limanından neft ixracını 17% artırıb

Views: 34
Bakı-Supsa

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2017-ci ilin I rübündə Supsa limanından Bakı-Supsa neft kəməri ilə nəql edilmiş 704,085 min ton Azərbaycan nefti ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.

2016-cı ilin I rübündə SOCAR Supsa limanından 599,6 min ton neft ixrac edib. Beləliklə, bu ilin yanvar-mart aylarında limandan ixracın həcmi 17,4% artıb.

Mart ayında şirkət Supsa limanından 178,703 min ton neft yola salıb.

Ötən il SOCAR Supsa limanından 2 mln. 383,854 min ton neft yola salıb.

Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqları blokunun işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart