logo

Yanvar-oktyabr aylarında Azərbaycanın neft ixracından gəlirləri 53% artıb

Views: 208

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 22 milyon 682 min 798,25 ton neft ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 4,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Hesabat dövründə Azərbaycandan $17 milyard 179 milyon 696,55 min dəyərində (artım 53,1%) neft ixrac edilib.

2022-ci ilin yanvar-oktyabr aylarında ixracın ümumi strukturunda neftin payı 49,49% (2021-ci ilin müvafiq dövründə 66,59% – İF) təşkil edib.

Hesabat dövründə 28 ölkə Azərbaycan neftinin alıcısı olub. DGK-nın məlumatına görə, onların arasında İtaliya ənənəvi olaraq Azərbaycan neftinin əsas alıcısı olaraq qalır ($6 milyard 263,9 milyon dəyərində 8 milyon 362,9 min ton). 2022-ci ilin yanvar-oktyabr aylarında neft ixracının 36,9%-i bu ölkənin payına düşüb.

Alıcıların ilk üçlüyünə İtaliya ilə yanaşı, İsrail ($1 milyard 502,8 milyon dəyərində 2 milyon 60,4 min ton) və Hindistan ($1 milyard 548,6 milyon dəyərində 1 milyon 878 min ton) da daxil olub.

Xorvatiya, Çexiya, İspaniya, Portuqaliya, Böyük Britaniya, Çexiya, Tunis alıcıların TOP-10-a daxildir. Oktyabrda Niderland da Azərbaycandan neft alan ölkələrin sırasına qoşulub.

2021-ci ildə Azərbaycandan fəal şəkildə neft almış Çin, Kanada və bir sıra digər ölkələr siyahıda yer almır.

Yanvar-oktyabr aylarında Rusiya və Gürcüstana da az həcmdə neft ixrac edilib. 

interfax

0

Your Cart