logo

Əliyev SOCAR-ın Bolqarıstanda ofisinin açılacağının anonsunu verib

Views: 167

Prezident İlham Əliyev hesab edir ki, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb.

“Bolqarıstan Prezidenti ilə SOCAR-ın bu ölkədə ofisinin açılması məsələsini müzakirə etdik. Əminəm ki, biz yaxın vaxtlarda bunu da edəcəyik. Biz enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Biz enerji ilə bağlı olan digər məsələləri də müzakirə etdik”, – deyə dövlət başçısı sentyabrın 30-da Sofiyada mətbuata bəyanatla çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə olunub.

“Bir sözlə, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb və əminəm ki, biz yaxın vaxtlarda bunu da edəcəyik”, – deyə İ.Əliyev qeyd edib.

İnterfaks-Azərbaycan

0

Your Cart