logo

Bolqarıstanın qaz istehlakında Azərbaycan qazının payı açıqlanıb

Views: 160

Bolqarıstanda təbii qazın daxili istehlakının təxminən üçdə bir hissəsi Azərbaycan qazının nəql olunduğu Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə təmin olunur.

Bu barədə Trend-ə bu gün ICGB operator şirkətindən bildiriblər.

“İnterkonnektorun ilkin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edir və bunun yarısından çoxu 25 illik müqavilələrlə rezerv olunub. Qalan həcmlər Avropanın iki aparıcı hərrac məkanı olan PRISMA və RBP-də təklif olunur”.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) oktyabrın 1-dən istifadəyə verilib.

0

Your Cart