logo

Rusiya 2021-ci ildə Avropaya kömür ixracını 50 mln tonadək artırıb

Views: 312

Ötən ilin yekunlarına görə, Rusiya Avropaya kömür ixracını 10,3% artıb

2021-ci ildə Rusiyadan Avropaya kömür ixracı 2020-ci illə müqayisədə 10,3% artaraq 50,4 milyon ton təşkil edib. Bu haqda Caspian Barrel Rusiya Federasiyası energetika naziri Nikolay Şulqinova istinadən bildirib.

“Keçən il artım 4,7 milyon ton təşkil edərək 50,4 milyon tona çatıb”, – nazir “Energy Intelligence” dərgisinə müsahibəsində bəyan edib.

Rusiya Federasiyasından kömür ixracı, ilkin məlumatlara görə, 2021-ci ildə 7% artaraq 227 milyon ton təşkil edib.

Bu həcmin 2021-ci ildə Asiya-Sakit okean regionuna tədarükü 129 milyon ton, o cümlədən Çinə 52 milyon ton, Hindistana 6,6 milyon ton təşkil edib. Avropanın payına isə 50 milyon ton düşüb.

Energetika nazirliyinin məlumatına görə, 2021-ci ildə Rusiyada kömür hasilatı 9% artaraq 439 milyon tona çatıb.

0

Your Cart