logo

“Şahdəniz-2″nin şimal cinahında beşinci quyudan hasilat başladı

Views: 191

“Şahdəniz-2” layihəsi üzrə müqavilə sahəsinin şimal cinahında beşinci quyudan hasilat başlayıb.

Caspian Barrel layih’nin operatoru bp şirkətinə istinadən xəbər verir ki, bu, 2021-ci ilin 4-cü rübünə planlaşdırılmış mühüm bir əməliyyatdır və layihə çərçivəsində təhlükəsiz və qrafikə uyğun şəkildə əldə edilmiş daha bir uğurdur.

Yeni quyunun istismara verilməsi ilə mövcud Şahdəniz 1 və 2 qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrə çatıb.

Qeyd edək ki, 2021-ci ilin iyul ayında ilk dəfə olaraq Şahdəniz Bravo platformasından gündəlik hasilat Şahdəniz Alfa ilə eyni səviyyəyə çatıb.

İlin ilk üç rübündə yataqdan ümumilikdə – Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib.

0

Your Cart