Bazar ertəsi, Sentyabr 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

TAP IV rübdə İtaliyaya qaz nəqlinə başlanacağına əmindir

04/07/2020
TAP IV rübdə İtaliyaya qaz nəqlinə başlanacağına əmindir
7
BAXIŞ
Share on FacebookShare on Twitter

“TAP konsorsiumu Azərbaycandan ilk qazın İtaliyaya nəqlinə başlamasının 2021-ci ilin dekabr ayınadək təxirə salınmasının mümkünlüyünə baxmayaraq, bu ilin IV rübündə qazın nəqlinə başlamaq öhdəliyini təsdiq edir”.

“Report” xəbər verir ki, bunu TAP konsorsiumunun xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov “S&P Global Platts”a müsahibəsində bildirib.

“TAP layihəsi 96%-dən artıq yekunlaşıb və Avropaya ilk qaz nəqlinin 2020-ci il ərzində başlanacağını yenidən təsdiq edirik”,- o qeyd edib.

Bununla belə, TAP rəsmisi bildirib ki, şirkət gələcəkdə ondan asılı olmayan maneələr yaranması halına qarşı möhlət almaq barədə qərar verib.

Qeyd edək ki, TAP 2013-cü ildə 6 il ərzində kəmərin istifadəyə verilməsi şərti ilə bəzi Avropa müddəalarında imtiyaz əldə edib. TAP 2014-cü ildə imtiyazın ilk dəfə uzadılaraq 2020-ci il dekabr ayına qədər davam etməsi barədə müraciət edib və bu müsbət cavablandırılıb. Bu il iyunun 15-də isə ikinci dəfə müraciət edərək 2021-ci ilin dekabrına qədər uzadılmasını istəyib.

V.Veysəlov qeyd edib ki, layihə reallaşdığı müddətdə şirkətdən asılı olmayan maneələrlə üzləşib.

“İcazə/tənzimləmə maneələri, təhlükəsizlik qaydalarının ciddi pozulması, çoxsaylı məhkəmə prosesləri səbəbindən tikinti fəaliyyətinin dayandırılması, gözlənilməz geotexniki, təbii hadisələr, eyni zamanda COVİD-19 və digər faktorların təsiri bu qəbildəndir. TAP bu fonda ilk qazın Avropaya nəqlinə başlamaq üçün əlavə vaxt istəyib. TAP ilin sonuna qədər ilk qazın nəqlinə başlamağa çalışacaq. Buna baxmayaraq, koronavirusun təsirləri davam edərsə, konsorsium Avropa qanunlarına uyğun olaraq, 2020-ci ildən sonra da işlərin davam etdirilməsi üçün icazə alacaq”, – V.Veysəlov bildirib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəməri ilə ilkin mərhələdə hər il “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq.

2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.

Təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın bu il nəql ediləcəyi gözlənilir.

TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.

report






Tags: Şahdəniz-2TAP layihəsi

Eyni kateqoriyadan Digər materiallar

“Şahdəniz-2″nin şimal cinahında beşinci quyudan hasilat başladı
Azərbaycan

“Şahdəniz-2″nin şimal cinahında beşinci quyudan hasilat başladı

22/11/2021
SOCAR Avropaya növbəti qaz tədarükünün bəzi detallarını açıqladı
Azərbaycan

SOCAR Avropaya növbəti qaz tədarükünün bəzi detallarını açıqladı

28/01/2021
İlham Əliyev: “TAP layihəsi İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək”
Azərbaycan

İlham Əliyev: “TAP layihəsi İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək”

07/12/2020
TAP layihəsinin 97 faizi tamamlanıb
Azərbaycan

TAP layihəsinin 97 faizi tamamlanıb

14/08/2020
TAP позволит значительно снизить зависимость Италии от других экспортеров газа
Azərbaycan

TAP-ın Albaniya hissəsi tamamlanmaq üzrədir

03/04/2020
TAP layihəsi üzrə işlərin 92 faizi yekunlaşıb
Azərbaycan

TAP layihəsi üzrə işlərin 92 faizi yekunlaşıb

14/02/2020
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.