logo

Azərbaycanda avtomobil yanacağı istehsalı yaxın beşillikdə artacaq

Views: 221

Azərbaycan hökuməti 2022-ci ildə avtomobil benzini istehsalını 1 milyon 238,6 min ton, dizel istehsalını 2 milyon 255,6 min ton səviyyəsində proqnozlaşdırır.

“İnterfaks-Azərbaycan” agentliyi hökumətin proqnozlarına istinadən bildirir ki, 2023-cü ildə benzin istehsalı 1 milyon 346,6 min tona, 2024-cü ildə 1 milyon 460,7 min tona, 2025-ci ildə isə 1 milyon 463 min tona qədər artacaq.

Proqnozlara görə, 2023-cü ildə 2 milyon 437,8 min ton, 2024-cü ildə 2 milyon 452,1 min ton, 2025-ci ildə 2 milyon 457 min ton dizel yanacağı istehsal ediləcək.

Hökumət 2021-ci il üçün benzin və dizel yanacağının istehsal həcminə dair məlumat vermir.

2020-ci ildə ölkədə 1 milyon 166,7 min ton avtomobil benzini (artım 0,5%), 2 milyon 68,6 min ton dizel yanacağı (azalma 0,6%) istehsal edilib.

0

Your Cart