Yüksək oktanlı benzinlərin qiyməti yenə artdı
Bu gündən Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edilib.
“Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN təşkil edib.
Bazar iştirakçıları qeyd edirlər ki, premium və super markalı benzinin qiymətinin artmasına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub.
Qeyd edək ki, “Aİ-95” premium və “Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir. Məhsulun bu ölkələrdə qiymət artımı onun idxal dəyərinə və respublikamızdakı satış qiymətinə də birbaşa təsir edir.
Xatırladaq ki, son qiymət dəyişikliyinə qədər (31 iyul 2021-ci il) respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi. Bundan əvvəl isə qiymət artımı 2 iyun tarixində baş vermişdi.