logo

Azərbaycanda külək enerjisinin istehsalı 12 % azalıb

Views: 60

Bu ilin yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 683,5 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % azdır.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların dəyəri 83,5 milyon manat təşkil edib.

Ötən rüb Azərbaycanda 6 497,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 0,1 % azdır. Bunun 6 294,8 milyon kVt/saat-ı əmtəəlik elektrik enerjisi olub ki, bu da 0,1 % azalma deməkdir.

Bunun 227,7 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2020-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 5,3 % çoxdur.

Bunun 6 037,1 mln kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2020-ci ilin üç ayının göstəriciləri ilə müqayisədə 0,2 % azdır.

Hesabat dövründə Azərbaycanda 21,3 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2020-ci ilin üç ayının göstəriciləri ilə müqayisədə 12 % azdır.

Yanvar-mart aylarında ölkədə 8,7 mln kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə eynidir.

0

Your Cart