logo

Bu il Azərbaycanda 5,8 mln ton neft hasil edilib

Views: 192

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 5,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata əsasən, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 342 min ton az olub.

Respublika üzrə neft hasilatının 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 628 min tonu (kondensat) “Şahdəniz”in payına düşüb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.

0

Your Cart