logo

Qazaxıstanın 2020-ci ildə ixrac etdiyi benzinin yarısını Özbəkistan alıb

Views: 89

Ötən il Qazaxıstan benzin ixracını təxminən 3 dəfə artıraraq 493,6 min tona çatdırıb. 2019-cu ildə bu göstərici 180,7 min ton olmuşdu

Caspian Barrel yerli KİV-lərə istinadən xəbər verir ki, bu, 2018-ci ildə Qazaxıstan neftayırma zavodlarının modernləşdirilməsi başa çatdıqdan sonra açıq neft məhsullarının ixracında əldə edilən ilk əhəmiyyətli uğurdu.

Ancaq 2020-ci ildə ixracatdakı artım ilk növbədə COVID-19 pandemiyası zamanı karantin məhdudiyyətləri səbəbindən daxili bazarda tələbin azalması ilə əlaqələndirilir.

2020-ci ildə Qazaxıstanın benzin ixracının 98,7 faizi dəmir yolunun payına düşərək 487,1 min ton təşkil edib. 

Qazaxıstanın ixrac etdiyi benzininin demək olar ki yarısını Özbəkistan alıb – 234,2 min ton. Bundan əlavə Qırğızıstan bazarına 97,7 min ton, Tacikistana  62,5 min ton və Gürcüstana 46,3 min ton benzin ixrac edilib.

Bundan əlavə, Rusiya ərazisindəki Taman və Novorossiysk dəniz limanları vasitəsi ilə 46.3 min ton Qazaxıstan benzini Avropaya nəql edilib.

0

Your Cart