logo

Bəzi ölkələrdə benzin və dizelin qiyməti

Views: 278

Yanvarın 5-dən Azərbaycanda Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat, dizelin 1 litrinin qiyməti isə 80 qəpik olacaq

“Report”un xəbərinə görə, hazırda bir sıra ölkələrlə müqayisədə Azərbaycanda benzin və dizelin qiyməti ucuzdur.

Hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün:

  • Rusiyada 1,0 manat
  • Ukraynada 1,72 manat
  • Belarusda 1,14 manat
  • Gürcüstanda 1,12 manat təşkil edir

1 litr üçün dizel yanacağının qiyməti:

  • Türkiyədə 1,44 manat
  • Rusiyada 1,12 manat
  • Ukraynada 1,72 manat
  • Belarusda 1,21 manat
  • Ermənistanda 1,19 manat
  • Gürcüstanda 1,15 manat səviyyəsindədir

Avropa ölkələrində yanacağın qiyməti olduqca yüksəkdir

Gürcüstanda benzinin Azərbaycanla müqayisədə baha olması qonşu ölkəyə qanunsuz daşımalara səbəb olur.

Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır.

Qeyd edək ki, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

0

Your Cart