BP-nin vitse-prezidenti: Energetika bazarında rəqabət daha sərt olacaq
Energetika bazarında rəqabət mövcud oyunçular üçün sərtləşəcək. Bunu BP şirkətinin Yaxın Şərq və Xəzər regionları üzrə xarici əlaqələr və kommunikasiyalar üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
“Energetika bazarında siyasi və geosiyasi komponentlər var. Bu bazarda siyasət mühüm rol oynayır. Müxtəlif bazarlar var: regional, ümüumi, ölkələrin bazarları. Bütövlükdə nəzər yetirsək, yaxın illərdə müxtəlif ehtiyatlar çox olacaq, xüsusilə qaz, alternativ və bərpa olunan enerji mənbələri. Cari bazar üçün kifayət olan diversifikasiya olacaq. Şəxsən mən hesab edirəm ki, mövcud oyunçular üçün rəqabət daha sərt olacaq”, – Aslanbəyli “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfrans zamanı deyib.
O, həmçinin bildirib ki, bazar mövcuddur, lakin mühit dəyişilir, “gələcəkdə də bu davam edəcək”.