Dadli: “AÇG-nin sonrakı işlənməsinə investisiyalar $40 mlrd təşkil edəcək”
Bu vəsait 2017-2049-cu illərdə AÇG-yə yönəldilən əsaslı kapital xərcləmələrini nəzərdə tutur
Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun 2050-ci ilə qədər işlənməsinə investisiyalar $40 mlrd. təşkil edəcək. Bu barədə BP şirkətinin başçısı Robert Dadli bəyan edib.
“Bu, tərəfdaşlığımızın yeni səhifəsidir. Yeni saziş çərçivəsində sərmayələr $40 mlrd. səviyyəsində qiymətləndirilir”, – R.Dadli cümə axşamı AÇG yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması mərasimində bildirib.
Onun sözlərinə görə, BP-nin Azərbaycanla əməkdaşlığı yalnız energetika sahəsi ilə məhdudlaşmır.”Biz təhsil, sosial, idman sahələrini dəstəkləyirik”, – BP-nin başçısı əlavə edib.