Caspian Barrel-in məlumatına görə, cari ilin birinci rübündə müəssisədə istehsal olmayıb
2016-cı ilin noyabr ayından etibarən “SOCAR Methanol” MMC tərəfindən idarəetməsi təhvil alınan Metanol Zavodu 2017-ci ilin yanvar ayından bu günədək yeni struktur və idarəetmə prinsipləri əsasında istehsal prosesini yenidən bərpa edib.
“Report”a MMC-dən verilən məlumata görə, aparılan təkmilləşdirmə işləri sayəsində 1 yanvar-15 may müddəti ərzində “SOCAR Methanol” yüksək məhsuldarlıq əldə edərək 56,6 min tondan çox metanol istehsal edib.
İstehsal edilən məhsulun 99%-i ixraca yönəldilib. Məhsul ixrac edilən ölkələr arasında Türkiyə, Qərbi Avropa və Aralıq dənizi hövzəsi ölkələri üstünlük təşkil edir. Yerli bazarın tədqiqi istiqamətində işlər davam etdirilir.