Qazaxıstan OPEC-lə yeni şərtlərlə razılaşmaq istəyir
Məsələnin kökündə cari ilin sonunda Qazaxıstanda “Kaşaqan” yatağında kommersiya hasilatı həcmlərinə çıxılmasıdır

“Hesab edirik ki, Qazaxıstan trendə uyğun hərəkət etməlidir. Neft bazarında balans hələ əldə olunmadığından, neft hasilatının azaldılması təşəbbüsünü dəstəkləməliyik. Əgər keçən il bizim üçün ixrac neftimizin qiyməti 30 dollar/barel idisə, indi 52 dollar/bareldir. Anlaşmanın əldə olunması Qazaxıstana əlavə 22 dollar qazandırıb”, – deyə nazir qeyd edib.
K.Bozumbayev, həmçinin bildirib ki, 2016-cı ildə Qazaxıstanda “Kaşaqan” yatağı istismara verilib və bu il orada əsas hasilat başlayacaq: “Buna görə də Qazaxıstan hasilatın azaldılması ilə bağlı yeni anlaşmaya əvvəlki şərtlərlə qoşula bilməyəcək. Biz bu məsələni sammitdə müzakirə edəcəyik”.
Qeyd edək ki, hazırda “Kaşaqan” yatağında gündəlik neft hasilatı 170 min bareldən çoxdur və bu həcmlərin ilin sonuna qədər 2 dəfədən çox artırılması planlanlaşdırılır.