logo

Neft Fonduna AÇG-dən gələn gəlirlər 31% artıb

Views: 440

Cari ilin 4 ayında ACG-də hasilatın 0,9 mln tondan çox azalmasına baxmayaraq, Azərbaycana çatan mənfəət neftinin  dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə $467 mln artıb. Səbəb – dünya bazarlarında neftin qiymətinin yüksək olmasıdır.

2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $1 mlrd. 960 mln. gəlir əldə edib.

ARDNF-ın məlumatına əsasın, 2016-cı ilin yanvar-aprel aylarında Neft Fondu AÇG yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $1 mlrd. 493 mln. gəlir əldə etmişdi. Beləliklə, 2017-ci ilin hesabat dövrü ərzində bu daxilolmaların həcmi $467 mln və ya 31,3% artıb.

“Ümumilikdə 2001-ci ildən 2017-ci il mayın 1-nə qədər ARDNF-ə AÇG blokundan hasil edilmiş mənfəət neftinin satışından $124 mlrd. 69 mln. vəsait daxil olub”, – deyə Fonddan bildiriblər.

Caspian Barrel-in hesablamalarına görə,  ARDNF-ə AÇG blokundan hasil edilmiş mənfəət neftinin satışından 2017-ci ilin aprelində $340 mln. məbləğində vəsait daxil olub.

* 2016-cı ARDNF “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $5,1 mlrd. gəlir əldə edib, 2015-ci ildə bu məbləğ $7.26 mlrd idi.

Comments: 0

0

Your Cart