Bu ilin yanvar-noyabr ayları ərzində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 175,6 mlrd kubmetr, “Şahdəniz”dən isə 133,1 mlrd kubmetr qaz hasil edilib
Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin 11 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə,“Şahdəniz” yatağı istismara veriləndən bu ilin dekabrın 1-dək 88,8 milyard kubmetr qaz ixraca nəql edilib.