2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 18 milyard 647 milyon 569 min kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 2,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə qaz ixracından $14 milyard 807 milyon 620,51 min məbləğində gəlir (artım 3,3 dəfə) əldə edilib.
Hesabat dövründə Azərbaycanın ümumi ixracının 40,75%-i (2021-ci ilin yanvar-noyabr aylarında 22,62%-i) qaz ixracının payına düşüb.
2022-ci ilin yanvar-noyabr aylarında ixracın əsas həcmi – $10 milyard 889 milyon 291,26 min məbləğində 8 milyard 69 milyon 591,11 min kubmetr qaz (bütün ixracın 43,3%-i) İtaliyanın payına düşüb.
DGK tərəfindən ixrac statistikası bəyannamə əsasında aparılır. Satılmış qaza dair bəyannamə onun boru kəmərləri ilə nəqli zamanı deyil, real satışı həyata keçirildikdən sonra təqdim olunur.
Ölkə | Həcm, min kubmetr | 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə | Gəlir, min dollar | 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə |
Türkiyə | 6 853 659,21 | -26,1% | 2 208 273,83 | +43,1% |
Gürcüstan | 2 404 698,71 | -5.8% | 323 715,45 | +2,1% |
İtaliya | 8069 591,11 | +50,3% | 10 889 291,26 | +4,7 dəfə |
Bolqarıstan | 366 689,05 | +77,3% | 237 811,16 | +6,9 dəfə |
Yunanıstan | 779 336,88 | +19,1% | 1 141 939,86 | +4,2 dəfə |
İran | 173 594,04 | -15.5% | 6 588,96 | -15,5% |
CƏMİ | 18647 569 | + 2,1% | 14807 620,51 | +3,3 dəfə |