Dekabrın 16-da SOCAR ilə Rumıniyanın “Romgaz S.A.” şirkəti arasında 2023-cü ildən etibarən Azərbaycan qazının tədarükünə dair müqavilə imzalanıb.
SOCAR-ın məlumatında deyilir ki, müqavilə çərçivəsində “Romgaz S.A.” 2023-cü il yanvarın 1-dən etibarən təbii qaz Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə nəql ediləcək.
“Bu müqavilənin imzalanması Avropada yeni alıcılara Azərbaycan qazı almağa imkan yaradacaq”, – şirkətdən vurğulanır.
Öz növbəsində, “Romgaz S.A.” öz məlumatında qeyd edir ki, “bu müqavilənin imzalanması ilə tələbatın ödənilməsi məqsədilə Azərbaycan qazına çıxış imkanı təmin edilir”.
“Müqavilə təbii qaz tədarükünün təhlükəsizliyinin təminatl və şaxələndirilməsi üzrə strateji hədəflərə xidmət edir. Tərəflər əməkdaşlığı və Azərbaycanın təbii qazının Rumıniya bazarına tədarükü mexanizmlərinin təkmilləşdirilməsini davam etdirməyi planlaşdırırlar”, – “Romgaz S.A.” şirkətinin məlumatında deyilir.
Xəbər verildiy kimi, öncə 2022-ci ilin mart ayında Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku bəyan edib ki, Buxarest Azərbaycandan qaz idxalında maraqlıdır.
2021-ci ildə Azərbaycan 19 milyard kubmetr qaz ixrac edib. Avropaya qaz ixracının həcmi 8,2 milyard kubmetr təşkil edib. 2022-ci ildə ixracın 22 milyard kubmetr, o cümlədən Avropaya ixracın 11,3 milyard kubmetr həcmində olacağı proqnozlaşdırılır.