Azərbaycan prezidenti İlham Əliyev dekabrın 23-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il büdcəsini təsdiq edib.
Dövlət başçısının saytında dərc olunan sənədə əsasən, Fondun 2022-ci il büdcəsinin gəlirləri 10 milyard 589 milyon 701,9 min manat (2021-ci illə müqayisədə artım 32,4%), xərcləri – 12 milyard 789 milyon 674,6 min manat məbləğində proqnozlaşdırılır (2021-ci ilin göstəricisi ilə müqayisədə artım 4,4%).
Beləliklə, ARDNF-nin büdcəsinin kəsiri 2 milyard 199 mlyon 972,7 min manat səviyyəsində proqnolaşdırılır.
ARDNF-in 2021-ci il büdcəsində neftin bir barelinin orta qiyməti $50-dən hesablanıb (2020-ci ildə – $50-dan).
2022-ci ildə mənfəət neftinin və qazın satışı üzrə Fondun daxilolmaları 8 milyard 578 milyon 995,4 min manat və ya Fondun bütün glirlərinin 81%-i təşkil edəcək.
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar 765 milyon 340 min manat, Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir – 1 milyard 216 milyon 792,9 min manat həcmində proqnozlaşdırılır.
Bundan başqa, tranzit gəlirlər 23,29 milyon manat, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri – 5 milyon 283,6 manat həcmində proqnozlaşdırılır.
Fondun xərcləri strukturunda Azərbaycan dövlət büdcəsinə transfertlər 12,71 milyard manat və ya 99,4% təşkil edəcək. Bundan əlavə, Fondun idarə edilməsi ilə əlaqədar xərclər 33 milyon 988,6 min manat, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi – 17 milyon 850 min manat səviyyəsində nəzərdə tutulur.
Fondun 2021-ci il üçün gəlirləri 8 milyard 1 milyon 169,1 min manat, xərcləri – 12 milyard 249 milyon 435,5 min manat səviyyəsində təsdiq edilib. Beləliklə, ARDNF-in büdcə kəsiri 4 milyard 248 milyon 266,4 min manat məbləğində proqnozlaşdırılır.
1999-cu ilin dekabr ayında yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
interfax.az