Cümə axşamı, Yanvar 22, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bakıda COP29 Sədrliyinin ilk mətbuat konfransı keçirilib

Nazir Muxtar Babayev: artıq iqlim dəyişikliklərinin fəsadları ilə üzləşirik

15/04/2024
Bakıda COP29 Sədrliyinin ilk mətbuat konfransı keçirilib
19
BAXIŞ
Share on FacebookShare on Twitter

Aprelin 15-də 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı COP29-un baş qərargahında ilk mətbuat konfransı keçirilib.

Trend xəbər verir ki, tədbirdə COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29-un baş icraçı direktoru Elnur Sottanov, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, COP29-un İqlim üzrə Gənclər Çempionu Leyla Həsənova çıxış ediblər.

"Yaşıl keçid" Azərbaycanın milli prioritetləri sırasındadır - Muxtar BabayevKonfransa hazırlıq işlərindən danışan Muxtar Babayev bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhvə vermək səylərinə beynəlxalq İctimaiyyətin etimadının təzahürüdür.

Azərbaycanın dünya ölkələrinin yekdil dəstəyi ilə COP29-a sədrliyini üzərinə götürdüyünü deyən M.Babayev qeyd edib ki, ölkəmiz COP29-a sədrliyi və ev sahibliyi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət nümayiş etdirəcək.

“Azərbaycanın neft-qaz ölkəsi olaraq iqlim gündəliyini necə aparacağı ilə bağlı suallar var. Azərbaycanın yaşıl artımla bağlı həyata keçirdiyi və keçirəcəyi layihələrlə bağlı yeni fürsət olacaq. Ölkəmiz digər neft-qaz ölkələrinə də örnək olacaq”,- deyə COP29 Prezidenti bildirib.

M. Babayev yaşıl keçidin Azərbaycanın milli prioritetləri sırasında olduğunu da bildirərək xatırladıb ki, ölkəmiz metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirib.

Nazir xatırladıb ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Bu gün Azərbaycanın özünün də qlobal dünyanın tərkib hissəsi olaraq iqlim dəyişikliyinin fəsadları ilə üzləşdiyini deyən M.Babayev çaylarımızda və Xəzər dənizində suyun azalması, səhralaşma kimi problemləri vurğulayıb.

Azərbaycan COP29-a ev sahibliyi çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə neytrallıq prizmasından yanaşır - Yalçın RəfiyevMedia ilə görüşdə COP29-dan gözlənilən yekun sənədlər üzrə danışıqların gündəliyinə də toxunulub.

Danışıqçılar qrupunun rəhbəri və Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, Azərbaycan konfransa ev sahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır.

COP29 danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur və danışıqların uğurlu nəticələnməsi istiqamətində mümkün həll yolları üzərində fəal iş aparılır.

COP29 "yaşıl" enerjiyə keçidin sürətləndirilməsi üçün geniş fəaliyyət platforması olacaq - Elnur SoltanovCOP29-un baş icraçı direktoru Elnur Soltanov bu tədbirin yaşıl enerjiyə keçidin sürətləndirilməsi üçün geniş müzakirə və fəaliyyət platforması olacağını qeyd edərək, Azərbaycanın indiyədək bu istiqamətdə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanların yaranacağına əmin olduğun bildirib.

E.Soltanov qeyd edib ki, Azərbaycanın rolu sadəcə ev sahibi mandatı ilə məhdudlaşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. Bu mənada, bu ilin noyabr ayında bütün dünyanın diqqət mərkəzi Bakıda olacaq.

“Reallıq odur ki, iqlim dəyişiklikləri problemlərinin həlli üçün ayrılan vəsait ehtiyacları ödəmək üçün yetərli deyil. Bütün dövlətlərin, danışıqlar qruplarının mövqeləri öyrənilir”,- deyə o bildirib.

“Tullantılarda energetika sektorunun payı 70 faizdir. Azərbaycanda elektrik enerjisinin istehsalında ənənəvi  enerjinin xüsusi çəkisi 90 faizdən çoxdur. Bu istiqamətdə Azərbaycanda bərpaolunan enerjiyə keçid çox sürətlidir. Bizdə səmərəsiz stansiyalar var. Onları səmərəli stansiyalara çevirmək üzrə işlər aparırıq”,- deyə Elnur Soltanov qeyd edib.

İştirakçı sayına və miqyasına görə COP29 Azərbaycanın ev sahibliyi edəcəyi ən böyük tədbir olacaq - Nərmin CarçalovaCOP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçatova qeyd edib ki, ölkəmiz bugünədək müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib. Lakin iştirakçı sayına və miqyasına görə COP29 Azərbaycanın ev sahibliyi edəcəyi ən böyük tədbir olacaq.
 
O, bildirib ki, tədbirin keçiriləcəyi məkan kimi Bakı Stadionu seçilib. Bu qərar BMT (UNFCCC) ilə məsləhətləşmələr və əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq qəbul edilib. İndiyədək bu məkanda keçirilən iri miqyaslı tədbirlərdə infrastrukturun effektiv istifadəsi və dayanıqlılığı tam təmin edilib.
 
Onun sözlərinə görə, COP29 zamanı təşkil olunacaq Göy və Yaşıl zonaların stadion ərazisində kompakt şəkildə yer alması və ətraf mühitə mümkün mənfi təsiri minimuma endirmək məqsədilə ərazinin planı BMT-nin təşkilat komandası ilə koordinasiyalı şəkildə hazırlanır. Konfransın bütün plenar sessiyalarının vahid məkanda təşkili üçün stadion ətrafında əlavə konstruksiyalar quraşdırılacaq.

Matbuat konfransında qonaqları qəbul edəcək mehmanxanalarla bağlı məsələyə də aydınlıq gətirilərək bildirilib ki, bütün yerləşdirmə imkanları tezliklə vahid beynəlxalq platforma üzərindən təqdim ediləcək.

Nərmin Carçatova əlavə edib ki, COP29-un veb-saytı bu həftə istifadəyə veriləcək. Onun sözlərinə görə, saytdan konfrans ilə bağlı ən son yenilikləri əldə etmək mümkün olacaq.

COP29-un İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai vətəndaş cəmiyyəti nümayəndələrinin və özəl sektorun COP29-da iştirakından bəhs edərək, onların mühüm qərarların müzakirəsi və qəbuluna cəlb edilməsinin vacibliyini vurğulayıb.

Leyla Həsənova COP29-da gənclərin fəaliyyətindən danışdıCOP29-un İqlim üzrə Gənclər Çempionu Leyla Həsənova çıxışında gənclərlə bağlı fəaliyyət istiqamətlərinin BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransında önəmli yer aldığını, bu sahədə mövcud təcrübələrin və qlobal layihələrin əhəmiyyətini vurğulayıb.

O, mətbuat nümayəndələrinə gənclərin inkişaf və təcrübə mübadiləsi istiqamətlərinin genişləndirilməsi, qlobal proseslərdə onların iştirakçılığının təmin olunmasına yönəlmiş tədbirlər haqda danışıb.

Mətbuat konfransında COP29-un loqosu ictimaiyyətə təqdim olunub. Təqdimat zamanı bildirilib ki, COP29 sədrliyinin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezinə dayanaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib.

Kökləri Azərbaycan tarixi-mədəni irsinə dayanan buta motivi özündə davamlılıq və innovasiyanı ehtiva etməklə yanaşı, həm də keçmişlə gələcək arasında körpü salır. Butaların birləşməsi birliyi, illüstrativ su damlaları şəklində olan butalar isə özü-özlüyündə beş fərqli elementi ifadə edir – flora və fauna, hava və külək, su, enerji və kainat. COP29 loqosu iqlim çağırışlarının yüksəldiyi dövrdə bəşəriyyət və ətraf mühit arasında kəsintisiz əlaqənin, ekoloji cəhətdən həssas davranış və nəticə yönümlü fəaliyyətin əhəmiyyətini əks etdirir.

 

 

Tags: COP29iqlim dəyişmələriMuxtar Babayev

Eyni kateqoriyadan Digər materiallar

“Masdar” COP29-la bağlı ayrıca proqram üzərində işləyir
Yaşıl enerji

“Masdar” COP29-la bağlı ayrıca proqram üzərində işləyir

08/06/2024
Azərbaycan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulub
Yaşıl enerji

Azərbaycan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulub

06/03/2024
Avropada 44C dərəcəyə çatan istilər
Maraqlı Xəbərlər

Avropada 44C dərəcəyə çatan istilər

08/08/2017
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.