Bazar ertəsi, İyun 16, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan Çinə “Bir kəmər, bir yol” boyunca nə təklif edir?

18/10/2023
Azərbaycan Çinə “Bir kəmər, bir yol” boyunca nə təklif edir?
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazov Çində keçirilən 3-cü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində “Bağlantılar” üzrə yüksək səviyyəli tədbirdə çıxış edib.

Nazir çıxışında “Bir kəmər, bir yol” layihəsinin qlobal təchizat zəncirində qeyri-müəyyənliklərin idarə edilməsi üçün alternativ nəqliyyat dəhlizləri və enerji resurslarının dünya bazarlarına çatdırılmasını şaxələndirən marşrutlar təqdim etməklə böyük bir coğrafiyada inkişafa, təhlükəsizliyə və sabitliyə xidmət etdiyini deyib.

Bildirilib ki, “Bir kəmər, bir yol” Avrasiyada geoiqtisadi landşaftın yenidən formalaşmasında artan rolu ilə müdrik bir təşəbbüs olduğunu artıq təsdiqləyib. Bu təşəbbüsə ilk vaxtlardan fəal şəkildə qoşulan və çoxsaylı nəqliyyat-enerji bağlantıları ilə töhfə verən Azərbaycanın hazırda Prezident cənab İlham Əliyevin liderliyi ilə Çindən Avropaya ən qısa yolu-Orta Dəhlizi gücləndirən böyük bir strateji inkişaf kursu reallaşdırdığı diqqətə çatdırılıb.

Bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona, Bakı Ticarət Limanının imkanlarının bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırıldığı, “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirildiyi qeyd edilib.

“Azərbaycan Prezidentinin Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliklə bağlı siyasəti işğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturlarının, perspektivdə Zəngəzur enerji-nəqliyyat dəhlizinin yaradılması ilə Orta Dəhlizin yeni qollarla inkişafına yol açır. Bütün bunlar, eləcə də Azərbaycanın 6 neft-qaz kəməri kimi qitələri, dənizləri birləşdirən enerji bağlantıları Çinin meqa layihəsinin milli təşəbbüslərimizlə birləşməsinin real örnəkləridir. 2030-cu ilədək 7 QVt yaşıl enerji güclərinin yaradılması və bunun 5 QVt-nın Xəzər-Avropa İtifaqı və Azərbaycan-Türkiyə-Avropa dəhlizləri ilə ixracı, həmçinin elektrik enerjisinin Mərkəzi Asiyadan ölkəmizə, buradan Avropaya ötürülməsi planları “Kəmər və yol”u yaşıl bağlantılarla zənginləşdirəcəkdir”, – deyə nazir bildirib.

 Çıxışda, həmçinin dövlət başçılarının dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafında rolundan, birgə layihələrdən və əlaqələrin dinamikasından bəhs edilib. Nümunələr kimi ötən il ticarət dövriyyəsinin 21%, Çindən Azərbaycan üzərindən qərb və əks istiqamətlərdə tranzit daşımalarının həcminin 60% artması və ölkəmizdə 200-dən çox Çin şirkətinin fəaliyyəti qeyd olunub.

Qeyd edək ki,  Forumda qəbul olunan “Bağlantılar üzrə Əməkdaşlığın Dərinləşdirilməsi üzrə Pekin Təşəbbüsü”nə Azərbaycan da qoşulub.

AR Energetika nazirliyinin mətbuat xidməti

Tags: ÇinPərviz Şahbazov

Eyni kateqoriyadan Digər materiallar

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək
Yaşıl enerji

Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək

15/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Azərbaycan

Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq

10/06/2025
Azərbaycan

Avtonom modullu energetika RSE şirkəti tərəfindən Bakıda ilk dəfə təqdim edilib

04/06/2025
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Azərbaycan

“Azneft” bu il “Neft Daşları”nda 1,2 milyon ton neft çıxarmağı hədəfləyib

04/06/2025
Azərbaycan

“TotalEnergies”: Azərbaycanda dünyada ilk dəfə…

04/06/2025
Azərbaycan

Laçında “Aşağı Malıbəyli” və “Mirik” kiçik su elektrik stansiyaları istismara verilib

27/05/2025
Azərbaycan

Maliyyə naziri Azərbaycana benzin idxalının artmasının səbəbini açıqlayıb

27/05/2025
Azərbaycan

“La Repubblica”: Azərbaycan İtaliyadakı neft emalı zavoduna maraq göstərir

27/05/2025
Azərbaycan

SOCAR-ın idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün yuxarı hədd müəyyən edilib

26/05/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.