Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın başlayıb
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
FHN-dən bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub: “Hazırda yanğının yayılmasının qarşısının alınması və məhdudlaşdırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək”.