023-cü ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət nefti və qaz satışından $1 milyard 858,751 milyon məbləğində gəlir əldə edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 21,1% çoxdur.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Yanvar-fevral aylarında ARDNF-in AÇG blokundan hasil edilən mənfəət neftinin satışından əldə etdiyi gəlir $1 milyard 324 milyon (artım 1,3%) təşkil edib.
Bu dövrdə ARDNF “Şahdəniz” yatağından çıxarılan mənfəət qazı və kondensat satışından $534,751 milyon məbləğində gəlir (artım 2,3 dəfə) əldə edib. Fondun kondensat satışından gəlirləri $58,069 milyon (artım 2,6 dəfə), qaz satışından gəlirləri $476,682 milyon (artım 2,3 dəfə) təşkil edib.