Çərşənbə, İyul 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanda startap ekosisteminin dəstəklənməsi üçün əlverişli mühit formalaşır

24/10/2022
В Азербайджане формируется благоприятная среда для поддержки стартап-экосистемы
6
BAXIŞ
Share on FacebookShare on Twitter

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ‘’Technovate – SABAH’’ Mələk İnvestorlar Klubu ilə əməkdaşlığa başlayır

Azərbaycanda startap ekosisteminin dəstəklənməsi, o cümlədən erkən inkişaf fazasında olan startaplara ‘’toxum’’ investisiyaların ayrılması üçün əlverişli mühit formalaşır.

Məlumat üçün bildiririk ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yerli startap ekosisteminin inkişafı istiqamətində ölkənin ilk rəsmi Mələk İnvestorlar Klubu olan “Technovate – Sabah’’ Mələk İnvestorlar Klubu ilə əməkdaşlığa başlayır.

Əməkdaşlıq çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ”Technovate – Sabah’’ Mələk İnvestorlar Klubunun insan resurslarının formalaşdırılmasına, idarəetmə xərclərinin qarşılanmasına və investorların səriştəliyinin artırılmasına dəstək verəcək. “Technovate – Sabah’’ Mələk İnvestorlar Klubu öz növbəsində kluba üzv olacaq yeni investorların sayını əhəmiyyətli dərəcədə artırmaqla erkən inkişaf mərhələsində olan startaplara sərmayə ayrılmasını həyata keçirəcək.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri İnarə Vəliyeva sözügedən əməkdaşlıqla bağlı bildirib: ”Ölkədə ‘’Technovate – Sabah’’ Mələk İnvestorlar Klubu kimi ekosistem oyunçularının fəaliyyət göstərməsi olduqca vacibdir. Biz, ekosistem oyunçuları arasında proseslərin düzgün qurulması üçün öz vasitəçi rolumuzu və resurslarımızı təklif edərək   startapların inkişafına dəstək göstərən mərkəzlərə köməklik göstərməyə həmişə hazırıq. İnanırıq ki, bu klub ilə başladığımız əməkdaşlıq paytaxt Bakıda və regionlarda ‘’Mələk investorlar’’ klublarının yaradılmasına güclü təkan verəcək və nəticədə innovativ ideyalarla çıxış edən startaplar investisiyalar əldə edərək öz məhsullarını xeyli inkişaf etdirə biləcəklər’’.

‘’Technovate – Sabah’’ Mələk İnvestorlar Klubunun  təsisçilərindən biri olan Fərid İsmayılzadə bildirib:” Çox şadam ki, Azərbaycanda yenicə fəaliyyətə başlamış Mələk İnvestorlar Klubunun inkişafına və böyüməsinə dəstək göstərilir. Məqsədimiz investorlarla potensial startapları bir araya gətirərək səylə inkişaf etmək istəyən və texnoloji sıçrayışlara töhfə verəcək innovativ ideyaları dəstəkləməkdir. Əminəm ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində yerli startapların bir çoxunun ‘’toxum’’ investisiyalara əlçatanlığı təmin olunacaq!’’

Qeyd edək ki, sözügedən əməkdaşlıq çərçivəsində ‘’Technovate – Sabah’’ Mələk İnvestorlar Klubu ən qısa zamanda 100-ə yaxın investoru klubun fəaliyyətinə cəlb edərək onların ‘’toxum’’ investisiyalar yatırmaqla yerli startaplara yaxından dəstək göstərməsini təmin edəcəkdir.

Tags: innovasiyalarr'q'msalstartap

Eyni kateqoriyadan Digər materiallar

BP Azərbaycan startapları üçün yeni inkişaf imkanı yaradır
Azərbaycan

BP Azərbaycan startapları üçün yeni inkişaf imkanı yaradır

09/09/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.