Çərşənbə, Dekabr 10, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

EBRD: “Azərbaycan bərpa olunan enerji sahəsi üzrə regionda lider ola bilər”

23/06/2022
EBRD: “Azərbaycan bərpa olunan enerji sahəsi üzrə regionda lider ola bilər”
7
BAXIŞ
Share on FacebookShare on Twitter

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu yay Azərbaycanla külək və günəş enerjisinin inkişafı layihələri üzrə sazişlərin imzalanması ilə bağlı hazırlıq işləri son mərhələdədir. 

“Report” xəbər verir ki, bunu EBRD-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova bu gün Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Bakıda keçirilən 24-cü İllik Toplantısında deyib.

O bildirib ki, Azərbaycan bərpa olunan enerji sahəsi üzrə regionda lider ola bilər.

K.Mahmudova Gəncənin EBRD-nin “Yaşıl Şəhərlər” proqramında iştirakını da vurğulayıb.

Onun sözlərinə görə, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, həmçinin “yaşıl iqtisadiyyat”a keçidə dəstəyini davam etdirəcək.

EBRD-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri deyib ki, bank öz işində mövcud regional vəziyyəti nəzərə alır.

O, ərzaq təhlükəsizliyinin də mühüm məsələ olduğunu və Azərbaycanın bu sahədə mühüm rol oynadığını vurğulayıb.

K.Mahmudova əlavə edib ki, bank əsasən özəl sektora və ölkə gənclərinə dəstəyini davam etdirir.

O, Avropa Yenidənqurma və İnkişaf Bankının Prezidentinin Azərbaycana səfəri üzərində çalışdıqlarını da vurğulayıb.

Xatırladaq ki, EBRD Xızı və Abşeron rayonlarında yerləşən 240 MVt gücündə olan külək elektrik stansiyasının inkişafı, tikintisi və istismarı üçün 105 milyon ABŞ dollarına qədər uzunmüddətli kredit ayıracaq. Kreditin iyulun 20-də EBRD-nin Direktorlar Şurası tərəfindən təsdiqlənməsi gözlənilir. Layihənin ümumi dəyəri 300 milyon ABŞ dolları təşkil edir.

Bu ilin may ayında EBRD-nin Direktorlar Şurası Qaradağ Günəş Elektrik Stansiyasının inkişafı, tikintisi və istismarı üçün 51 milyon ABŞ dollarına qədər uzunmüddətli krediti təsdiqləyib. Layihənin ümumi dəyəri 250 milyon ABŞ dolları təşkil edir. 

Tags: AzərbaycanEBRD

Eyni kateqoriyadan Digər materiallar

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
AYİB və Bank Respublika Azərbaycanda yaşıl biznesə dəstək verir
Yaşıl enerji

AYİB və Bank Respublika Azərbaycanda yaşıl biznesə dəstək verir

21/10/2024
Azərbaycan-Qazaxıstan işçi qruplarının II iclası keçirilib
Azərbaycan

Səfirlik: Azərbaycan Qazaxıstanın neft yataqlarına maraq göstərir

04/06/2024
Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var
Azərbaycan

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

20/05/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.