“Qarabağda bu günədək dörd kiçik su elektrik stansiyası bərpa olunub, beş kiçik SES-in bərpası üzrə işlər davam etdirilir. Daha on səkkizini isə özəl investisiyalar hesabına bərpa etmək planlaşdırılır”.
Bizim.Media xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.
O bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərinin “yaşıl” enerji zonasına çevrilməsi planlaşdırılır.