Almaniyada xüsusi hallarda enerji şirkətlərinin milliləşdirilməsinə icazə verən qanun layihəsi hazırlanıb
Almaniyanın İqtisadiyyat Nazirliyi fövqəladə hallarda enerji sektorunda şirkətlərin milliləşdirilməsi imkanını nəzərdə tutan qanun layihəsi hazırlayıb. Bu barədə “Wolfsburger Nachrichten” nəşri sənədə istinadən yazır.
Almaniyanın İqtisadiyyat naziri Robert Habeck tərəfindən hazırlanan bu qanun layihəsinin köməyi ilə enerji təhlükəsizliyi haqqında qanuna böhran vəziyyətində kritik enerji infrastrukturunu idarə edən müəssisələrdə qəyyumluq idarəetmə sisteminin tətbiqinə imkan verən dəyişiklik ediləcək. Fövqəladə hallarda onların milliləşdirilməsinə icazə veriləcək.
Nazirliyin qəyyumluq departamenti “qəyyumluq idarəçiliyi olmadan müəssisənin enerji sektorunda dövlətin fəaliyyəti üçün zəruri olan öhdəliklərini yerinə yetirə bilməyəcəyi ilə bağlı konkret təhlükə yarandıqda tətbiq edə bilər”.
Qəyyumluq enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün kifayət etmədikdə milliləşdirmə tətbiq ediləcək. Eyni zamanda, müşayiətedici notda milliləşdirmə “ifrat tədbir” adlanır.
Caspian Barrel