Cümə, İyun 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Qala”nın müalicəvi ağ nefti

30/03/2022
“Qala”nın müalicəvi ağ nefti
5
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycanda zəngin neft yataqlarının mövcudluğu hələ qədim zamanlardan yerli sakinlərə bəlli olub və onlar təbiətin bu nemətindən müxtəlif (yanacaq, hərb materialı və s.) məqsədlər üçün istifadə ediblər.

“Report” xəbər verir ki, Azərbaycan nefti və onun istifadə üsulları haqqında zəngin məlumatlar orta əsr mənbələrində daha ətraflı verilib. 10-cu yüzillikdə yaşamış ərəb səyyahı və tarixçisi İstəxri yazır ki, “qədim zamanlardan Bakı sakinləri agac və kömür əvəzinə neftdən istilik materialı kimi, ağ neftdən isə müalicəvi məqsədlər üçün isifadə etmişdilər”.

Bəli, ölkəmizdə neftdən məhz müalicə məqsədi ilə də istifadə olunub. Naftalan neftinin möcüzəsi bütün dünyada dillər əzbəridir. Bu gün isə biz tamam başqa yataqdan çıxarılan neftdən söz açacıq – “Qala” yatağından…

Bu yataq öz adını Bakının eyni adlı kəndindən – Qaladan götürüb. Qala Abşeron yarımadasının şimal-şərqində yerləşir. Türkan, Şüvəlan və Qala gölü ilə əhatələnib. Qala adının ilk baxışda belə sadə izahı bir tərəfdən tarixi-arxeoloji faktlara, digər tərəfdən isə xalq etimalogiyasına əsaslanır. Yaşlı sakinlər kəndin adını “mühafizə olunan yer”, ”məğlubedilməz yer” mənaları ilə əlaqələndirirlər. Tarixi dəlillərə görə isə burada XIV və XVII əsrin birinci yarısında inşa edilmiş qala tipli istehkam və müşahidə tikililəri olub. XIV əsrə məxsus qala kəndin ən hündür yerində qaya üzərində inşa edilib və çox əzəmətli olub. Sonradan qala dağıldığı üçün XVII əsrdə onun daşlarından bürclərdən birinin yerində məscid tikilib. Bir sıra Abşeron kəndləri kimi, Qala da özünün duz gölü ilə məşhur olub. Qala duzu öz ağlığına və tamına görə ən keyfiyyətlilərdən sayılıb.

Qala ərazisinin neftli-qazlı olması ilə bağlı mülahizələr isə XIX əsrin sonlarından irəli sürülməyə başlanılıb. Bu yerlər bir sıra tədqiqatçıların diqqətini elə o vaxtdan cəlb edib. Yer səthinə qaz çıxışları müşahidə olunduğundan mütəxəssislər burada karbohidrogen yığımlarının olması fikrinə gəliblər. Ərazidə neft-qaz axtarışı ilə bağlı kəşfiyyat işləri iki mərhələdə aparılıb. İlk axtarış-kəşfiyyat işləri 1887-ci ildə Sorokin və Simenoviç tərəfindən görülüb. Sonradan Şeqren (1891-ci il) və D.V.Qolubyatnikov bu işləri davam etdiriblər. Qazma işlərinə 1904-cü ildə başlanılıb və 1917-ci ilə qədər “Nobel qardaşlarının firması” tərəfindən 3 quyu, “Bekendorf” tərəfindən 5 quyu, “Xəzər-Qara dəniz” cəmiyyəti tərəfindən qaz çıxışları olan “Qala gölü” sahəsində 1 quyu qazılıb. Dərinliyi 50-1 200 metr aralığında dəyişən bu 9 quyudan müsbət nəticələr alınsa da, ərazi tam işlənməyə cəlb olunmayıb. Kəşfiyyatın ikinci mərhələsi isə 1924-cü ilə təsadüf edir. D.Qolubyatnikov “Qala” yatağını neftlilik cəhətdən, o dövr üçün yüksək hasilata malik “Suraxanı” yatağı ilə müqayisədə, daha üstün hesab edirdi. Onun təklifi əsasında qaz çıxışları olan sahədə quyuların qazılmasına başlanılıb. Həmin il 1, 1925-ci ildə 2, 1926-cı ildə 3, 1927-ci ildə isə daha 1 quyu qazılıb. 1929-cu ilə qədər “Qala” sahəsində 9 ədəd quyu qazılıb və bu quyular güclü qaz fontanı verib. 1932-ci ildə qazılan 20 saylı quyu isə 705-740 metr dərinlikdən sutkalıq 500 tona yaxın neft verib. Bununla da, “Qala” yatağının neftliliyi təsdiq olunub və yatağın sənaye əhəmiyyətli işlənilməsinə başlanılıb.

864 hektar sahəni əhatə edən “Qala” yatağı Abşeron yarmadasının şimal-şərq hissəsində Binə, Mərdəkan və Qala kəndlərinin arasında yerləşir. İşlənmənin əvvəlindən yataqda 1517 quyu qazılsa da, hazırda cəmi 53 quyu istismardadır. İndiyədək yataqdan 58,4 milyon tondan çox neft, 9,7 milyard milyard kubmetr qaz hasil olunub. Yataqdan 1938-ci ildə maksimal həcmdə – 4 milyon 439 min ton neft çıxarılıb.

Qeyd edək ki, hələ qədim zamanlardan “Qala” yatağında 600-700 metr dərinlikdən çıxarılan ağ neft-kerosindən məişətdə və tibdə istifadə olunub. Sovet dövründə də köhnə quyulardan bu kerosini əldə edirdilər. Xalq təbabətində kerosindən müalicə üçün revmatizmanın, anginanın, kəskin bronxitin, dəmrovun (qaşınma), radikulitin, osteoxondrozun, hətta xərçəngin müalicəsində geniş istifadə olunub. Digər tərəfdən, rəsmi təbabətdə “vazelin yağı” adlanan və tərkibi əsasən doymuş və naften karbohidrogenlərindən ibarət olan yağ da neft məhsuludur və bir çox dərmanların hazırlanmasında istifadə edilir. Kerosinin müxtəlif növləri var: aviasiya kerosini, lampa kerosini, texniki kerosin, həlledici kerosin və s. Adətən otağı işıqlandırmaq üçün lampa kerosinidən istifadə olunardı. Lampa kerosini qətranın, naften turşusunun və aromatik karbohidrogenlərin miqdarını azaltmaq üçün sulfat turşusu ilə təmizlənir, həlledici kerosin isə əlavə olaraq aromatiksizləşdirilir. Aviasiya kerosini çox-çox sonralar istifadə olunmağa başlanıb və hesab olunub ki, o, daha yaxşı təmizləndiyindən tibbi məqsəd üçün daha yararlıdır. Kerosini bir neçə üsulla təmizləyərdilər. Bir üsul bu idi ki, kerosini yarım litrlik qaba töküb üzərinə müəyyən miqdar duz əlavə edilər, yaxşı-yaxşı çalxalandıqdan sonra onu pambıq və ya cunadan (tənzif) süzülməklə digər qaba boşaldar, həmin qab içi su ilə dolu yekə bir qazanın içərisində qaynadılardı. Xalq təbabətində işlədilən digər üsulda isə eyni qabda eyni həcmdə kerosinlə qaynar suyu çalxalayır, qarışığın üzərinə yığılmış təbəqəni təmizləyir və kerosini istifadəyə hazır vəziyyətə gətirirlər. Bunlardan əlavə, yerli əhaliyə kerosinin qurudulmuş çay qumundan keçirildikdən sonra təmiz cuna ilə süzülməsi metodu da tanış idi. Deyilənə görə, belə olduqda, kerosinin spesifik iyi yox olurdu.

“Qala” yatağında hasil olunan karbohidrogenlərdən sənayenin digər sahələrində də geniş istifadə edilib. Yatağın konturətrafı sahələrində qazılmış bir neçə quyuda sulu laylar mənimsənilib və həmin laylarin 600 metrə qədər dərinliyindən çıxan məhsul XX əsrin 60-80-ci illərində sənaye məqsədli yod-brom istehsalında istifadə edilib. Çünki bu yatağın laylarından çıxan məhsulun (lay sularının) tərkibindəki yod və brom digər lay sularına nisbətən 30-40 % çox idi.

Qeyri-ənənəvi müalicə üsulları ilə düzgün qidalanma və sağlam həyat tərzini təbliğ edən Gennadi Malaxov haqqında yəqin eşitmisiniz. O, bədənin sağlamlığını yaxşılaşdırmağın yolları haqqında bir neçə kitab yazıb, onun qeyri-ənənəvi müalicə üsulları uzun müddət elm adamları arasında qızğın müzakirə mövzusu olub. Gennadi Malaxov da misallar əsasında bir sıra xəstəliklərin müalicəsində kerosinin effektiv təsirə malik olduğunu vurğulayıb, təsir mexanizmini izah etməyə çalışıb. Ümumiyyətlə, kerosinin xalq təbabətində müalicə məqsədi ilə istifadəsini onunla əsaslandırırlar ki, bu maddə quruducu təsirə malik olduğundan mikrobları məhv edir. Kerosin həqiqətən də qüvvətli quruducudur və hüceyrələri susuzlaşdırır, nəticədə xəstə hüceyrələr ölür. Böyük nüfuzetmə xassəsinə malik kerosin həmin hüceyrələrə asanlıqla təmas edərək onları sıradan çıxarır, iltihabı aradan qaldırır və ağrıları kəsir. Bunlardan başqa, kerosin orqanizmin müdafiə qabiliyyətini artırır, damarları genişləndirir, toxumaların qidalanmasını və maddələr mübadiləsini yaxşılaşdırır.

Saysız-hesabsız insanlarımız uzun əsrlər boyu Azərbaycan neftinin şəfaverici keyfiyyətlərindən bəhrələniblər. Ancaq bir şeyi unutmayaq ki, ağ neft-kerosinin müalicəvi xüsusiyyətləri, onun bir çox xəstəliklərin sağalmasında vəsilə olması xalq təbabətində nə qədər geniş istifadə edilsə də, təbb həmişə bu üsullara qarşı çıxıb.

Tags: Azərbaycan“Qala” yatağı

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
Azərbaycan-Qazaxıstan işçi qruplarının II iclası keçirilib
Azərbaycan

Səfirlik: Azərbaycan Qazaxıstanın neft yataqlarına maraq göstərir

04/06/2024
Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var
Azərbaycan

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

20/05/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.