Cümə, İyun 5, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Şahbazov: “CQD Azərbaycan qazının bazarlara fasiləsiz axınını təmin edir”

22/02/2022
Şahbazov: “CQD Azərbaycan qazının bazarlara fasiləsiz axınını təmin edir”
7
BAXIŞ
Share on FacebookShare on Twitter

Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin sədrliyi ilə keçirilən Qaz İxrac edən Ölkələr Forumunun (GECF) dövlət və hökumət başçılarının VI Sammitində Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edib.

Energetika nazirliyinin mətbuat xidmətindən Caspian Barrel-ə verilən məlumata görə, Energetika naziri iştirakçılara Azərbaycan Respublikası Prezidentinin salamlarını və VI Sammitin işə başlaması münasibətilə təbriklərini çatdırıb.

Nazir çıxışında isə deyib ki, enerji keçidi çağırışının rasional həlli təbii qazın enerji balansından çıxarılması ilə deyil, onun bu prosesdə körpü rolunun dəstəklənməsi ilə mümkündür. Bu kontekstdə qaz bazarı iştirakçılarının – istehlakçı və istehsalçı ölkələrin vizyonu və koordinasiyalı fəaliyyəti bütövlükdə enerji bazarında sabitlik üçün əsas faktorlardan biridir.

Energetika naziri qaz ölkəsi kimi Azərbaycanın etibarlı təchizatçı və enerji
təhlükəsizliyinin təminatında mühüm tərəfdaş kimi qəbul olunmasının əsasında doğru proqnozlaşdırmaya, beynəlxalq əməkdaşlığa və inkişafa hesablanmış, dünyadakı çağırışları çevik nəzərə alan, balanslaşdırılmış enerji siyasətinin dayandığını qeyd edib: “Biz enerji təhlükəsizliyi və ətraf mühit arasında balansın tərəfdarıyıq. Ona görə də ilk vaxtlardan enerji təchizatının yeni mənbəyi olarkən marşrutları və tədarük bazarlarını
şaxələndirməklə bərabər enerji balansında resursların da müxtəlifliyinə nail olmağa çalışmışıq. Hazırkı enerji böhranı da təsdiqləyir ki, bu, daha rasional yanaşmadır. XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi də bütün tərəflərin maraqlarının uzlaşdırılması və diversifikasiya siyasətinin məhsulu kimi bu gün Azərbaycan qazının regional və beynəlxalq bazarlara fasiləsiz axınını təmin edir”.

Çıxışda, həmçinin dünyanın enerji keçidində təmiz enerji resursu olaraq qaza artan ehtiyacının qarşılıqlı faydalı əməkdaşlıq əsasında təmin ediləcəyinə və GECF-in bu prosesə töhfə verəcəyinə inam ifadə edilib.
Qeyd edək ki, Sammitdə İran, Əlcəzair, Ekvatorial Qvineya və Mozambik
prezidentlər, Liviya, Trinidad və Tobaqo baş nazirlər, 12 ölkə isə nazirlər səviyyəsində təmsil olunub.

Sammitin yekununda Doha Bəyannaməsi qəbul olunub.

Tags: Pərviz Şahbazov

Eyni kateqoriyadan Digər materiallar

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək
Yaşıl enerji

Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək

15/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.