Çərşənbə axşamı, Yanvar 20, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Energetika naziri: “Rumıniya BRUA kəmərini SGC-in genişləndirilmə planına daxil edilməsini təklif edib”

04/02/2022
Energetika naziri: “Rumıniya BRUA kəmərini SGC-in genişləndirilmə planına daxil edilməsini təklif edib”
5
BAXIŞ
Share on FacebookShare on Twitter

“Rumıniya lap əvvəldən Cənub Qaz Dəhlizini (SGC) qətiyyətlə dəsləkləyib. SGC Avropanın qaz təchizatı təhlükəsizliyinə əhəmiyyətli təsir göstərib”.

“Report” xəbər verir ki, bu barədə Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku bildirib.

Nazirin sözlərinə görə, Rumıniya artıq 5-ci dəfədir ki, hər il Bakıda keçirilən SGC Məşvərət Şurasının toplantılarında iştirak edir.

“Rumıniya Cənub Qaz Dəhlizinin ikinci mərhələsinin həyata keçirilməsində iştirak etməkdə maraqlıdır. SGC Məşvərət Şurasının 8-ci toplantısında bir daha Rumıniya və Bolqarıstan arasında interkonnektorun və BRUA (Bolqarıstan – Rumıniya – Macarıstan – Avstriya) qaz kəmərinin SGC-in Balkan yarımadası və Mərkəzi Avropa istiqamətində genişlənməsi planlarına daxil edilməsi ilə bağlı konkret təkliflə çıxış edirik”, – o bildirib.

Rumıniyanın energetika nazirinin sözlərinə görə, SGC-in genişləndirilməsi planları xüsusi əhəmiyyətə malikdir, belə ki, hələ də bir tədarükçüdən asılı qalan Balkan yarımadası və Cənub-Şərqi Avropa ölkələri üçün yeni qaz tədarükçülərinə ehtiyac var. Nazirin fikrincə, Avropa İttifaqının enerji sektorunda müəyyən etdiyi dəqiq istiqaməti nəzərə alaraq, bu inkişaf planları Avropa qaz bazarının imkan və ehtiyaclarından mümkün qədər tez istifadə etməlidir.

“Əminik ki, bu təklif SGC-in inkişaf strategiyasına uyğundur və bununla bağlı müsbət rəyə, həmçinin IGB və BRUA qaz kəmərinin təmin edə biləcəyi variantların bütün maraqlı tərəflərlə müzakirənin başlanması üçün dəstək və açıqlığa ümid edirik”, – nazir deyib.

Xatırladaq ki, BRUA Macarıstana ildə 4,4 milyard kubmetr, Bolqarıstana 1,5 milyard kubmetr qaz nəql etməyə imkan verəcək.

Uzunluğu 1 318 km olan qaz kəmərinin Rumıniya ərazisindəki tikintisinin ümumi dəyəri 480 milyon avro təşkil edib. Qaz kəmərinin inşasına Avropa Birliyi 179 milyon avro, Avropa İnvestisiya Bankı 50 milyon avro kredit ayırıb. “Transqaz” şirkəti isə layihəyə 149 milyon avro vəsait xərcləyib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatic Pipeline (TAP) Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib. Ötən ildə bu kəmər ilə 8,1 milyard kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

Tags: Cənub Qaz DəhliziRUMINİYA

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
SOCAR приступил к прямым поставкам газа потребителям в Болгарии
Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin yubiley toplantısı
Azərbaycan

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin yubiley toplantısı

29/02/2024
TAP-ın buraxıcılıq gücü 2026-cı ildən daha 1,2 milyard kubmetr genişləndiriləcək
Azərbaycan

TAP-ın buraxıcılıq gücü 2026-cı ildən daha 1,2 milyard kubmetr genişləndiriləcək

29/02/2024
ABŞ Dövlət Departamenti rəsmiləri Azərbaycan Energetika nazirliyinin nümayəndə heyətini qəbul edib
Azərbaycan

ABŞ Dövlət Departamenti rəsmiləri Azərbaycan Energetika nazirliyinin nümayəndə heyətini qəbul edib

21/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.