Çərşənbə axşamı, Yanvar 20, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Lukoil” rəsmən Dayazsulu Abşeron kəşfiyyat layihəsinə daxil oldu

27/01/2022
Qazaxıstanın “Satti” üzən qazma qurğusu Bakıya gətirilib
13
BAXIŞ
Share on FacebookShare on Twitter

Rusiyanın “Lukoil” neft-qaz şirkəti artıq Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsində rəsmi tərəfdaşdır.

Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Sövdələşməyə görə, “Lukoil” şirkəti bu layihədə 25 % iştirak payının sahibi oldu.

Qeyd edək ki, 2021-ci ilin sentyabr ayının sonunda BP şirkəti Abşeron Yarımadasının Dayazsulu Hissəsi geoloji-kəşfiyyat layihəsindəki iştirak payının 25 %-ni “Lukoil” şirkətinə satmağı razılaşdırmışdı.

Alqı-satqı əməliyyatının tamamlandığına görə BP-nin AYDH layihəsindəki iştirak payı 25 % təşkil edir. BP həmçinin geoloji-kəşfiyyat dövründə AYDH hasilatın pay bölgüsü haqqında sazişinin (HPBS) operatoru olaraq qalır. Hal-hazırda AYDH sazişində iştirak payları belədir: SOCAR-ın Ortaq Neft Şirkəti – 50 %, BP – 25 % və “Lukoil” – 25 %.

Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AYDH dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üçün HPBS bp və SOCAR arasında 2014-cü ilin dekabr ayında Bakıda imzalanıb və 2015-ci ildə Milli Məclis tərəfindən ratifikasiya olunub. AYDH dəniz blokunun Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına 16 avqust tarixində başlanıb və qazma işlərinin 2021-ci ilin 4-cü rübündə tamamlanacağı gözlənilirdi. Quyunun ümumi dərinliyinin 2 424 metrə çatacağı planlaşdırılır. Bundan sonra quyudan əldə edilmiş məlumat analiz ediləcək və göstəricilər uğurlu olarsa, nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər.

AYDH kontrakt sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Bu ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layların dərinliyi 2 000-5 000 metr arasındadır.

Müqavilə sahəsində 2016-cı ildə 3D (üçölçülü) seysmik tədqiqat proqramı həyata keçirilib.

Kontrakt sahəsindən əldə edilmiş üçölçülü məlumatların emalı və interpretasiyası tamamlandıqdan sonra 2017-ci ildə bp tərəfindən SOCAR-a üç perspektiv sahə ilə (Şimal Xali, Bibiheybət Şərq və Qarabatdaq) əlaqədar Perspektivlik haqqında Bildiriş təqdim edilib. Bu sahələrin hər birində bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır.

AYDH sahəsindəki ilk quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi 2020-ci ilin avqust ayında ictimaiyyətə açıqlanıb və sənədin müzakirəsi bitdikdən sonra 2021-ci ilin yanvar ayında hökumət tərəfindən təsdiqlənib. Bununla da 2021-ci ildə qazma işlərinə başlanmasına icazə verilib.

Tags: dayazsulu AbşeronLUKoilSatti

Eyni kateqoriyadan Digər materiallar

LUKoil is interested in projects in the Turkmen sector of the Caspian Sea
Rusiya

“Lukoil”un törəmə şirkəti Azərbaycanda nümayəndəliyin ləğv edir

15/01/2024
bp-nin Bakı buxtasında qazdığı quyu boş çıxdı
Azərbaycan

Xəzərdə SWAP kəşfiyyat layihəsi başa çatdı: heç nə tapılmadı

14/06/2022
“Satti” 6 km-dən çox dərinliyi olan neft-qaz quyuları qaza biləcək
Azərbaycan

bp dayazsulu Abşeronda üçüncü kəşfiyyat quyusunu qazmağa başlayıb

11/04/2022
“Lukoil”un ticarət operatoru Rusiyadakı fəaliyyətini məhdudlaşdırır
Rusiya

“Lukoil”un ticarət operatoru Rusiyadakı fəaliyyətini məhdudlaşdırır

25/03/2022
Rusiya səfiri “Lukoyl”un Azərbaycandakı işini qiymətləndirib
Azərbaycan

Rusiya səfiri “Lukoyl”un Azərbaycandakı işini qiymətləndirib

27/01/2022
“Lukoyl Abşeron Eksploreyşn Limited” şirkətinin nümayəndəliyi qeydiyyata alınıb
Azərbaycan

“Lukoyl Abşeron Eksploreyşn Limited” şirkətinin nümayəndəliyi qeydiyyata alınıb

05/01/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.