Cümə, Yanvar 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bolqarıstanda Azərbaycan qazı ilə bağlı müəmmalı hadisə

29/12/2021
Bolqarıstanda Azərbaycan qazı ilə bağlı müəmmalı hadisə
6
BAXIŞ
Share on FacebookShare on Twitter

Bolqarıstanın “Bulgargaz” dövlət qaz idxalı şirkəti ölkənin Dövlət Milli Təhlükəsizlik Agentliyinə (DANS) məktub yazaraq bildirib ki, “rəqib maraqlar” Bolqarıstanla Azərbaycan arasında 1 milyard kubmetr qazın idxalına dair müqaviləni təhdid altında qoyaraq sabotaj həyata keçirməyə çalışır.

virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı “EURACTIV Bulgaria” nəşri yayıb.

Dekabrın 21-də göndərilmiş məktubun surəti nəşrin əlinə keçib. Orada bildirilir ki, “Bulgargaz” şirkəti DANS-a “maraqlı tərəflərin” Azərbaycanla 2013-cü ildə imzalanmış müqavilədən məxfi informasiyanı yayaraq kommersiya sirrinin pozulmasına səbəb olduqlarını bildirir. Bu isə Azərbaycan tərəfinə əsas verir ki, “Bulgargaz”la müqaviləni pozsun.

Bolqarıstanın Azərbaycandan aldığı həmin 1 milyard kubmetr qaz ölkənin qaza olan tələbatının üçdə birini təşkil edir və Bolqarıstan üçün Rusiya qazına ilk real alternativdir.

Belə ki, hazırda Bolqarıstanın qaz təchizatının demək olar 100 faizinə Rusiya şirkəti “Gazprom” nəzarət edir. Yunanıstanla Bolqarıstanı birləşdirəcək qaz kəmərinin tikintisinin 2022-ci ilin sonlarında başa çatdırılması planlaşdırılır və həmin kəmərlə Azərbaycan qazı Bolqarıstana çatdırılmalıdır. Bununla belə Azərbaycan Yunanıstanla Bolqarıstanı birləşdirən hazırki qaz kəməri ilə daha az həcmdə qazı bu ölkəyə satmağa razılaşıb.

Bildirilir ki, “Bulgargaz” şirkəti ilə Azərbaycan tərəfinin imzaladığı müqavilə Bolqarıstan üçün çox sərfəlidir, xüsusən də Avropada enerji daşıyıcılarının qiymətinin sıçrayışla artdığı indiki vaxtda. Əgər rəqib tərəf müqaviləni sabotə edərsə və nəticədə müqavilə pozularsa “Bulgargaz” 73 milyon dollarlıq bank təminatını da itirəcək, nəticədə dövlət şirkəti ağır maliyyə durumu ilə üzləşəcək.

“Bulgargaz”ın məktubunda göstərilir ki, həmin sabotajda iştirak edənlərdən biri “Bolqarıstan Qaz Assosiasiyası” (BGA) adlı şirkətdir. Həmin şirkətin heç internet saytı da yoxdur, amma Azərbaycanla qaz müqaviləsinə dair məxfi informasiyanı sızdırıb.

BGA-nın rəhbərliyinə 2015-ci ilə qədər “Bulgargaz”ın rəhbərliyinə daxil olmuş şəxslər daxildir. Energetika nazirinin müavini İva Petrova və energetika naziri Aleksandra Nikolova şirkətin təsisçiləri arasında yer alır. O, əvvəllər keçmiş baş nazir Boyko Borisovun keçmiş tərəfdaşı, biznesvumen Svetelin Borislavovanın yanında işləyib.

Habelə Nikolova Bolqarıstanda qazla işləyən 1 gigavatt gücündə elektrik stansiyasının tikintisi layihəsi ilə bağlıdır. 1 milyard avroya başa gələcək bu elektrik stansiyası Bolqarıstanın hazırda ildə 3 milyard kubmetr təşkil edən qaz idxalının daha 1  milyard kubmetr artırılmasını nəzərdə tutur. Qaz təchizatını şaxələndirmədən isə bu, “Qazprom”un maraqlarına uyğun layihə olardı.

Nəşr yazır ki, “Bulgargaz”a qarşı təxribat Bolqarıstan istehlakçıları üçün qazın qiymətinin artmasına gətirib çıxara bilər. Bu il “Bulgargaz” spot bazarlarında qaz alan təchizatçı şirkətlərə nisbətən daha yaxşı vəziyyətdədir, çünki uzunmüddətli müqavilələrlə işləyir. “Bulgargaz” tərəfindən Bolqarıstanda satılan təbii qazın qiyməti “Qazprom”la uzunmüddətli müqavilə və alternativ marşrutla Azərbaycan qazının idxalı hesabına  Avropa bazarındakı qiymətdən 30-40 faiz aşağıdır. Lakin müqavilə pozulsa Azərbaycan qazı başqa bazarlara gedəcək, qiymətlər isə əvvəlki kimi olmayacaq.

Demokratiyanın Öyrənilməsi Mərkəzinin energetika və iqlim proqramları direktoru Martin Vladimirov “EURACTIV” nəşrinə bildirib ki, Bolqarıstan dövləti uzunmüddətli razılaşmalara düzəliş etmək və “Bulgargaz”ın maraqlarını qorumaq üçün Azərbaycanla fəal dialoq aparmağa cəhd etmir. Əvəzində şirkətin rəhbərliyini dəyişdirmək cəhdləri edilir. Onun sözlərinə görə, hadisələrin belə inkişafından daha çox “Qazprom” udur. Çünki qaz təchizatının şaxələndirilməsi ləngiyir, Rusiya inhisarçı şirkəti isə Bolqarıstan bazarından ona sərf etməyən oyunçuları sıxışdırıb çıxarır.

Vladimirov hesab edir ki, təchizat şaxələndirilmədən həmin elektrik stansiyasının tikintisi Bolqarıstanın Rusiya qazından asılılığını daha da gücləndirəcək.

“Aydındır ki, belə iri və iqtisadi baxımdan gərəksiz stansiyanın tikintisi süni şəkildə daha iri təbii qaz bazarı yaratmağa hesablanıb, bu isə rəqiblərin kommersiya maraqlarına xidmət edir”, – o bildirib.

“Bulgargaz” hələlik məktubuna cavab almayıb. Məktubda o da bildirilir ki, “hökumətdən kənarda olan şəxslər” Azərbaycanla müqavilədən məxfi informasiyaları bloqlarda və “lobbist yazışmalarda” açıqlayıblar. Bu da Bakının “olduqca kəskin reaksiyasına” səbəb olub. 

Bildirilir ki, Azərbaycan tərəfi informasiyanın sızdırılmasına dair araşdırma və razılaşma tərəflərinin maraqlarına ziyan vuran şəxslərə qarşı məhkəmə iddiaları barədə məlumat almaq istəyir.

virtualaz.org

Tags: BolqarıstanBulgargazŞahdəniz

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

I yarımildə “Şahdəniz”in işlənməsindən dövlət nə qazanıb?

23/07/2025
In 2023, condensate production at “Shah Deniz” field decreased by 2.8%
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
“Dərinsulu Günəşli” hasilat platforması planlı profilaktika üçün dayandırılıb – BP
Azərbaycan

“Şahdəniz”də yeni platformanın tikinti layihəsi ictimaiyyətin müzakirəsinə çıxarılır

17/02/2025
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

“Şahdəniz Kompressiya” layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi

30/01/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.