Cümə, İyun 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan və Tatarıstanın elektrik şəbəkə şirkətləri əməkdaşlıq sazişi imzalayıb – FOTO

17/12/2021
Azərbaycan və Tatarıstanın elektrik şəbəkə şirkətləri əməkdaşlıq sazişi imzalayıb – FOTO
4
BAXIŞ
Share on FacebookShare on Twitter

“Azərişıq” ASC ilə Tatarstanın “Setevaya Kompaniya” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

“Report” xəbər verir ki, imzalanma mərasimi “Azərişıq” ASC-nin İdarə Heyətinin sədri Vüqar Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin “Setevaya Kompaniya” ASC-yə işgüzar səfəri çərçivəsində baş tutub. Səfərin məqsədi rəqəmsal texnologiyaların elektrik şəbəkələrində tətbiqi perspektivləri və gərginlik altında iş üzrə təcrübə mübadiləsi olub.

“İqlim şəraitinin fərqliliyinə baxmayaraq, bizim çoxlu ortaq təmas nöqtələrimiz var – bu yaxınlarda Azərbaycana səfərimiz zamanı həmkarlarımızın yüksək səriştələrinə əmin olduq. Bugünkü sənədin imzalanması qarşılıqlı əməkdaşlıq – qabaqcıl təcrübənin tətbiqi və hər iki şirkət mütəxəssisləri arasında təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır”, – “Setevaya Kompaniya” ASC-nin baş direktoru İlşat Fərdiyev qeyd edib.

O, iki ölkə arasında elektroenergetika sahəsində əlaqələrin yaranmasını və gələcəkdə də inkişaf etdirilməsini yüksək qiymətləndirdi.

Vüqar Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkənin elektroenergetika sahəsində aparılan genişmiqyaslı yenidənqurma və müasirləşdirmə istiqamətindəki islahatlar haqqında Tatarstan Respublikasının energetiklərinə geniş məlumat verib.

Eyni zamanda, şirkətin bir neçə filialında (Kazan şəhəri və Vısokaya Qora xidmət ərazisində), həmçinin “Enerqorazvitie” mühəndislik mərkəzində və “PromEnerqo” MMC-də – respublika enerji klasterinə daxil olan müəssisələrdə görülən işlərlə tanışlıq, yerli mütəxəssislərlə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin üzvləri üçün Kazan elektrik şəbəkələrində Mərkəzləşdirilmiş Dispetçer Sisteminin idarəetmə mərkəzinə ekskursiya təşkil olunub. Burada, iki səviyyəli şəbəkə idarəetmə sistemi, elektrik şəbəkəsi obyektlərinin məsafədən idarə edilməsi və monitorinqinin yeni imkanları haqda geniş məlumat verilib.

Rəqəmsal texniki həllərin tətbiqi ilə bağlı fikir mübadiləsi, Tatarıstanda ilk rəqəmsal yarımstansiya olan 110 kV-luq “Portovaya” yarımstansiyasına, eləcə də Kazan şəhərində “Smart Grid” proqramı ilə əlaqələndirilmiş “RP-9” paylama məntəqəsinə səfər çərçivəsində davam etdirilib.

“Setevaya Kompaniya”nın baş ofisində Tatarıstan elektroenergetika şirkətinin fəaliyyətilə bağlı nəzəri fikir mübadiləsi aparıldı. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun rəhbərlik etdiyi energetiklər qrupu, şirkətdə aparılan operativ və texnoloji idarəetmə islahatına uyğun olaraq, yenilənmiş Şəbəkə İdarəetmə Mərkəzinə də baxış keçirmiş, enerji sisteminin rejimlərinin idarə olunmasında SK-11 – müasir SCADA İdarəetmə Sisteminin istifadə səmərəliliyini yüksək qiymətləndiriblər.

Azərbaycandan olan nümayəndə heyətinin üzvləri şirkətdə həyata keçirilən “Energiya” – İstehsalat Sisteminin nəticələri ilə tanış olublar. Bildirilib ki, Yaponiya şirkətinin mütəxəssisləri tərəfindən aparılmış auditinin nəticələrinə əsasən, İstehsalat Sistemi dünya meyarlarına uyğunluq üzrə bürünc səviyyə əldə edib. Həmçinin, Tatarıstanda tətbiq olunmağa başlayan gərginlik altında işləmə texnologiyası ilə nümayəndə heyətinin real şəraitdə tanış olması məqsədilə, Vısokogorskiy RES ərazisində 10kV-luq HEVX-də aparılan yenidənqurma işləri təqdim edilib. Məlumat verildi ki, bu müasir iş texnikası təmir bərpa işlərinin gərginlik altında, elektrik enerjisi verilişində fasilə yaratmadan apamağa imkan verir.

Növbəti görüş əsnasında, nümayəndə heyətinə şirkətin Tatarıstanın elektrik şəbəkəsinin virtual modeli olan “Rəqəmsal təkrarı” –Vahid Avtomatlaşdırılmış Proseslərə Nəzarət Sistemi haqqında geniş məruzə edilib.

Tags: AzərbaycanAzərişıqTatarıstan

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
Azərbaycan-Qazaxıstan işçi qruplarının II iclası keçirilib
Azərbaycan

Səfirlik: Azərbaycan Qazaxıstanın neft yataqlarına maraq göstərir

04/06/2024
Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var
Azərbaycan

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

20/05/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.