Çərşənbə axşamı, Mart 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

2021-ci ildə TAP-la qaz nəqli 7,8 mlrd kubmetrə çatacaq

29/12/2021
2021-ci ildə TAP-la qaz nəqli 7,8 mlrd kubmetrə çatacaq
6
BAXIŞ
Share on FacebookShare on Twitter

Trend BİA-nın Trans-Adriatik boru kəməri (TAP) konsorsiumunun icraçı direktoru Luka Skyeppati ilə özəl müsahibəsi

Qaz nəqlinin həcmləri

Dekabrın birinci həftəsində qeydə alınan göstərici nəzərə alınmaqla bu ilin sonuna kimi Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə nəqlin həcmi 7,8 milyard kubmetrədək çata bilər. O qeyd edib ki, qaz nəqlinin yekun həcmi daşıyıcılar tərəfindən TAP-a edilən müraciətlərdən asılı olacaq.

Bu ilin sonuna kimi TAP vasitəsilə qaz nəqlinin həcmi 7,8 milyard kubmetrə çatacaq (Müsahibə)

“TAP şirkəti 2021-ci il boyunca etibarlı nəql xidmətləri göstərib. Dekabrın əvvəlindək TAP Azərbaycandan Avropaya 7 milyard kubmetrədək qaz nəql edib. Tədarük mənbələrini şaxələndirməklə, TAP bir sıra Avropa qaz bazarlarının likvidliyini artırıb. TAP vasitəsilə nəql olunan qaz, həmçinin İtaliyanın PSV və Niderlandın TTF etalon qaz qiymətləri arasında fərqin azalmasına kömək etdi. TAP olmasa idi, yəqin ki, İtaliyada qaz qiymətləri daha yüksək olardı”, – deyə o bildirib.

Buraxılış gücünün artırılması

L.Skyeppati bildirib ki, (TAP) buraxılış gücü mərhələli şəkildə artırıla bilər.

“TAP-ın genişləndirilməsi potensialı bazara müntəzəm bazar sınaqları vasitəsilə təqdim olunur. Bazar sınaqları daşıyıcıların TAP-ın uzunmüddətli güclərinə çıxış imkanı əldə edə biləcəyi tənzimlənən prosesdir. Qaz kəmərinin nəql gücü ildə 20 milyard kubmetrədək artırıla bilər”, – deyə o bildirib.

O qeyd edib ki, boru kəmərinin buraxılış gücünü mərhələli şəkildə artırmaq olar: məhdud artım (ildə 14,4 milyard kubmetr), qismən artım (ildə 17,1 milyard kubmetr) və ya tam artım (ildə təxmin 20 milyard kubmetr).

“Nəql gücünün artırılması müddətləri bazar sınaqlarından sonra qəbul ediləcək texniki qərarlardan və təqdim olunacaq faktiki gücdən asılı olacaq. Hazırda 2021-ci ilin bazar sınaqları keçirilir”, – L.Skyeppati deyib.

O əlavə edib ki, TAP 2020-ci il noyabrın 15-dən etibarən kommersiya əməliyyatlarının başlamasından bəri ildə 10 milyard kubmetr səviyyəsində tam gücü ilə işləyir.

TAP-ın strukturunda mümkün dəyişikliklər

İcraçı direktor qeyd edib ki, TAP-ın buraxılış gücünün ildə 20 milyard kubmetrə çatdırılması üçün iki əlavə kompressor stansiyası inşa etmək lazım olacaq.

“Yeni stansiyalar Yunanıstanın Serres və Albaniyanın Bilişt qəsəbələrində lazım olacaq. Bundan başqa, Yunanıstanın Kipoi və Albaniyanın Fiere şəhərlərindəki mövcud kompressor stansiyalarında əlavə kompressorlar və avadanlıqlar quraşdırmaq lazım olacaq. TAP-ın genişləndirilməsi əlavə boru kəmərlərinin çəkilməsini tələb etmir”, – deyə L.Skyeppati vurğulayıb.

Hidrogen tədarükü imkanlarının qiymətləndirilməsi

L.Syeppatinin sözlərinə görə, hidrogen nəqli imkanlarının yekun qiymətləndirməsinin nəticələri göstərir ki, TAP gələcəkdə hidrogen qarışığının nəqli üçün potensiala malikdir.

“Araşdırmaların nəticələrinə əsasən, TAP ilkin olaraq 10 faizlik hidrogen qarışığının nəqlini hədəfləyə bilər. Faiz tərkibinin istənilən artımı gələcək tədqiqatlardan və işlərdən, eləcə də normativ dəyişikliklərdən asılı olacaq. TAP-a ilk hidrogenin daxil edilməsi bir sıra amillərdən, xüsusən də qanunverciliyə dəyişikliklərdən, həmçinin hidrogen bazarının inkişafından asılı olacaq”, – deyə o bildirib.

O bildirib ki, TAP 2022-ci ildə nəqliyyat sistemlərinin operatorları, qəbul edən ölkələrin hökumətləri və digər maraqlı tərəflərlə əlaqəli şəkildə növbəti planlaşdırma, tədqiqat, boru kəmərləri materiallarının sınağı və qaynaq mərhələlərinə keçməlidir.

Tags: TAP

Eyni kateqoriyadan Digər materiallar

Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq
Azərbaycan

2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq

21/05/2025
Швейцарская AXPO выходит из проекта TAP
Maraqlı Xəbərlər

“TAP Italia” Ekoloji İdarəetmə və Audit Sistemi sertifikatını əldə edib

24/02/2025
TAP-ın buraxıcılıq gücü 2026-cı ildən daha 1,2 milyard kubmetr genişləndiriləcək
Azərbaycan

TAP-ın buraxıcılıq gücü 2026-cı ildən daha 1,2 milyard kubmetr genişləndiriləcək

29/02/2024
Швейцарская AXPO выходит из проекта TAP
Maraqlı Xəbərlər

TAP konsorsiumu İtaliyaya qaz tədarüklərinin həcmini açıqlayıb

30/01/2024
Maraqlı Xəbərlər

TAP qaz kəmərinin genişləndirilməsi işləri başlayır

27/09/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.