Cümə, Sentyabr 4, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Yeni SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarına start verildi

02/11/2021
Yeni SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarına start verildi
9
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarına başlanılması və 2016-cı ildə buraxılmış ilkin istiqrazlarla bağlı hesabat tədbiri keçirilib.

Dövlət Neft Şirkətindən Caspian Barrel-ə verilən məlumata əsasən, SOCAR-ın maliyyə məsələləri üzrə baş məsləhətçisi, tədbirin moderatoru Əli Ağaoğlunun giriş nitqindən sonra, 2016-cı ildə buraxılmış ilkin SOCAR İstiqrazları ilə bağlı hesabat xarakterli videoçarx nümayiş olunub.

SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov çıxış edərək SOCAR İstiqrazlarının yaranma tarixçəsindən, ölkə iqtisadiyyatına töhfələrindən və buraxılmış yeni istiqrazlara investorların böyük marağından söz açıb. Tədbirdə iştirak edən Mərkəzi Bankın Kapital Bazarlarına Nəzarət Departamentinin direktor müavini Samir İsmayılov və Bakı Fond Birjasının Sədri Eldar Abdullayev çıxışlarında SOCAR İstiqrazlarının qiymətli kağızlar bazarının inkişafında rolundan və digər korporativ istiqrazların emissiyasına qazandırdığı stimuldan bəhs edib, ilkin istiqrazların birjada ən çox investisiya edilmiş qiymətli kağız olduğunu vurğulayıb.

Mütəxəssislər fiziki şəxslər tərəfindən satın alınmış 100 milyon dollar məbləğindəki yeni SOCAR İstiqrazlarının 1 noyabr tarixində birjada yerləşdirilməsini daxili kapital bazarlarının yeni bir uğuru kimi dəyərləndiriblər.

SOCAR-ın maliyyə məsələləri üzrə baş məsləhətçisi Əli Ağaoğlu Azərbaycan iqtisadiyyatının flaqmanı olan SOCAR-ın meqa-layihələrlə birgə, investorlar üçün alternativ investisiya imkanı yaratmaqda davam etdiyini, 100 milyon dollar həcmində buraxılmış yeni istiqrazlara 380 milyon dollardan artıq tələb gəldiyini nəzərə çatdırıb və şirkətin daxili kapital bazarlarının inkişafına töhfə verməkdən qürur duyduğunu vurğulayıb. 

Tədbirin sonunda SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının başlandığını elan edən rəmzi açılış zəngi çalınıb.

Xatırladaq ki, yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılıb. Faiz gəliri 4,5 faizdir və kupon ödənişləri rüblük qrafiklər əsasında həyata keçiriləcək. İstiqrazları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış “SOCAR İstiqrazları” köşklərindən, eləcə də Azərbaycanda xidmət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür. SOCAR, istiqrazlarının təkrar bazarda likvidliyinin təmin olunması məqsədilə “PSG Kapital” investisiya şirkətini marketmeyker qismində cəlb edib.

Tags: SOCAR istiqrazları

Eyni kateqoriyadan Digər materiallar

SOCAR Istiqrazları üzrə ödənişlər nə zaman həyata keçəcək?
Azərbaycan

SOCAR Istiqrazları üzrə ödənişlər nə zaman həyata keçəcək?

29/04/2022
SOCAR yeni istiqrazlarına görə ilk faizləri ödəyib
Azərbaycan

SOCAR yeni istiqrazlarına görə ilk faizləri ödəyib

01/02/2022
SOCAR bu tarixdən yeni istiqrazlar buraxır
Azərbaycan

SOCAR bu tarixdən yeni istiqrazlar buraxır

20/05/2021
SOCAR istiqraz sahiblərinə 20 milyon dollar ödəyib
Azərbaycan

SOCAR istiqraz sahiblərinə 20 milyon dollar ödəyib

17/10/2020
SOCAR İstiqrazları köşkləri fəaliyyətlərini müvəqqəti dayandırır
Azərbaycan

SOCAR İstiqrazları köşkləri fəaliyyətlərini müvəqqəti dayandırır

23/06/2020
SOCAR istiqrazı sahibləri bu il ilk gəlirlərini əldə edəcəklər
Azərbaycan

SOCAR istiqrazı sahibləri bu il ilk gəlirlərini əldə edəcəklər

16/01/2018
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.